Türkiyədə "Baş belası" adlı teatrın aktyorları dəhşətli qəzaya düşüblər.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə saytları məlumat yayıb. Bildirilib ki, Amasya bölgəsindəki Merzifon adlı ərazidə qəzada iki aktyor - Tolga Güleryüz, Burak Topçu və təşkilatçı Özgür Karataş dünyalarını dəyişib. Səkkiz nəfər isə yaralanıb.
Məlum olub ki, aktyorlar Ceyhun Fersoy və Melis İşitenin vəziyyətləri yaxşıdır, aktyor Sergen Deveci isə reanimasiyadadır.