Hollivudun sərt kişi obrazlarını yaradan məşhur aktyoru Maykl Madsen təəccüblü açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Madsen deyib: "Arvadım mənə işgəncə verir, döyür. Ona görə boşanıram".
Maykl Madsen 1996-cı ildə evləndiyi DeAnna Madsenin ona illərlə işgəncə verdiyini və oğullarını intihara sövq etdiyini iddia edərək boşanma ərizəsi verib. Sərt obrazlar canlandırması ilə tanınan Madsenin həyat yoldaşı ilə bağlı bu açıqlaması böyük təəccüb yaradıb.
Madsen iş materiallarında boşanma səbəbi kimi “ciddi uyğunsuzluq” ifadəsini işlədib. O, həmçinin bildirib ki, ABŞ ordusunda xidmət edən oğlu Hudson Madsenin 2022-ci ilin yanvarında intiharından sonra həyat yoldaşı ilə ayrı yaşayır. Maykl Madsen iddia edib ki, həyat yoldaşının alkoqol aludəçisi və səhlənkarlığı oğlunu bu faciəyə sürükləyib.
64 yaşlı Maykl Madsenin DeAnna Madsenlə evliliyindən Hudsondan başqa 25 yaşlı Kalvin və 16 yaşlı Luka adlı iki oğlu və keçmiş arvadı Jannadan 31 yaşlı Kristian və 27 yaşlı Maks adlı daha iki övladı var.