Amerikalı müğənni 6.7 milyon dollar  ödəyib həbsdən çıxacaq
24 may 2025 15:28 (UTC +04:00)

Amerikalı müğənni 6.7 milyon dollar ödəyib həbsdən çıxacaq

Britaniya məhkəməsi prodüseri döyməkdə şübhəli bilinən amerikalı müğənni Kris Braunun zaminə buraxılmasına icazə verib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Braunun azadlığa buraxılması üçün 6,7 milyon dollar məbləğində zamin pulu ödəməsi tələb olunacaq. Bundan əlavə, müğənni məhkəməyə qədər Böyük Britaniyada yaşamağa, həmçinin pasportunu polisə təhvil verməyə məcburdur. Bu məhdudiyyətlərə baxmayaraq, Brauna ABŞ, Kanada və Avropa ölkələrində dünya turunu başa çatdırmaq imkanı veriləcək.

Mayın 16-da Britaniya polisi Kris Braunu prodüser Eybe Diauya hücum etməkdə şübhəli bilərək həbs edib. İstintaq versiyasına görə, 2023-cü ilin fevralında Londondakı Mayfer rayonunda yerləşən gecə klubunda Braun prodüserin başına tekila şüşəsi vurub, onu yumruq və təpiklə döyüb. Zərərçəkənin dediyinə görə, bu hücum səbəbsiz baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520

Oxşar yazılar