Alla Puqaçova son dəfə vətəninə qayıdanda sərhəddə onu 1 saat rəsmi sorğuya çəkiblər.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o Pskov vilayətində qapalı formatda sorğuya çəkilib. Müğənni xaricdəki həyatı barədə məlumat verməli olub.
O ölkəyə buraxılmayacağı üçün narahat olsa da, söhbət xoş sonluqla bitib və hətta sərhədçilərə avtoqraf verib.