Acun Ilıcalının keçmiş arvadı Seyma Subaşı sosial mediadan aktiv istifadə edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Şeyma Subaşının alt paltarında çəkilən son fotosu birmənalı qarşılanmayıb. Evlilik ildönümü münasibətilə qatıldığı partiyə geyindiyi açıq-saçıq libasda onu pornoaktrisaya bənzədiblər.
Şeyma Subaşı isə əslində məqsədin məhz bu, partinin mövzusunun toy gecəsi fetişi olduğunu deyib. O hətta şəffaf dabanlı ayaqqabılarını nümayiş etdirərək “striptiz rəqsi oynadığım ayaqqabılarım” şərhini yazıb.
Şeyma Subaşı ilə Acunun bir ortaq övladı var. Şeyma ərəb milyarderlərdən birinin oğlu Mohammed Alsaloussi ilə ailə qurub.