Müğənni Dilarə Kazımova açıq-saçıq şəkillərindən söz açıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Xəbər ətər” verilişində deyib: "Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı, sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur. Açıq-saçıq şəkillərimi özüm bilərəkdən yayıram. Bilirəm ki, müzakirə ediləcək".