Türk pop musiqisinin unudulmaz qruplarından olan İzel Çelik Ercan geri qayıdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 90-cı illərin fenomen qrupu İzel Çelik Ercan 31 ildən sonra geri dönür
Üç musiqiçi yenidən birləşməyə qərar verdilər. Üçlük illər sonra ilk dəfə avqustun 25-də birlikdə çıxış edəcək.
Xatırladaq ki, 1991-ci ildə üç universitet dostu İzel, Çelik və Ercan tərəfindən qurulan qrup "Özledim" albomu ilə qısa zamanda populyarlıq qazandı.
Albom satış rekordları qırdıqdan sonra trio çoxsaylı konsertlər verib. Onların "Darıxmışam" və "Sən qayıtmalısan" kimi mahnıları hit-paradlarda birinci olub.
Daha sonra üç ad ayrı-ayrılıqda musiqi karyeralarını davam etdirmək qərarına gəliblər.
İllərdir həmişə pərəstişkarları ilə bir araya gəlmək istəyən İzel Çelik Ercan avqustun 25-də Kuruçeşme Açıq Səhnədə konsertlərinə başlayacaq.