Amerikalı kantri musiqi ulduzu Dolli Parton 1980-ci ildən bəri makiyajla yatdığını bildirib.
Lent.az-ın xəbərinə görə, müğənni hər gecə yatağa makiyaj edərək girdiyini, səhərlər üzünə baxım edib, yenidən bəzənib-düzəndiyini bildirib.
O bunu 3 səbəblə etdiyini deyib.
Los-Anceles şəhərində yaşayan müğənni tez-tez zəlzələ olduğu üçün hər zaman insanların arasına baxımlı çıxmaq istədiyini, hər vəziyyətə hazırlıqlı olmaq istəyini dilə gətirib.
Dolli Patron ərinə görə bəzəndiyini də etiraf edib. Hər gecə onunla yatağa ifritə kimi yox, mələk kimi girmək istədiyini deyib. O həmçinin bir gün həbs olunarsa, polisin jurnalistlərə onun çirkin şəklini göstərməsini istəmədiyini deyib.
77 yaşlı ulduzu hələ heç kim makiyajsız görməyib.