Əməkdar artist və model Naina İbrahimova Azərbaycanı beynəlxalq gözəllik yarışmasında (“Beauty Queen of the Universe” ) təmsil etmək üçün hazırda Misirdədir. Yarışmada 100 ölkənin nümayəndəsi iştirak edir.
Lent.az-ın xəbərinə görə, o, Merilin Monro obrazında çəkdirdiyi fotolarını instaqram səhifəsində bölüşüb. 51 yaşlı model dünya şöhrətli aktrisa Merlin Monronun obrazını canlandırıb.
“Beauty Queen of the Universe”yarışmasında məndən Merilin Monronun obrazını təqdim etməyimi istədi. Bu müqavilə zamanı razılaşdırılıb. Bu gün çox gözəl bir gün idi, iştirak edən bütün ölkələrə hörmətim var” şərhini yazıb.