Əməkdar artist Qorxmaz Canəlizadə küsülü olduğu müğənni İzzət Bağırzadə barədə danışıb. Lent.az-ın məlumatına görə, şoumen “Heç vaxt heç yerdə” verilişində ifaçı barədə bu sözləri deyib:
“Ondan soruşan lazımdır ki, bəstəkar Eldar Mansurovun evinə özün getmişdin? Novruz bayramı şənliyinə özün çıxmışdın? Kərbəlaya özün getmisən? Bütün bunları mən etdiyimi demirsə, onunla dava etməyəcəm... Mən ondan qorxsam, bu sözləri deyərəm ? Balamın toyuna o gəlmədi. Heç çağırmadım da. Niyə çağırmalı idim ki? Mən Allah yolunda etdim. Allah bilsin, o bilməsə də olar. Mən öz müəllimlərimə hörmət edirəm. Ölənə qədər onları unutmaram. İzzət bu studiyaya gəlsə, durub gedərəm. Onunla eyni verilişdə oturmaram. Onu Allah bağışlasın. 30 ildən sonra asqırıb ayılıb ki, indi barışmaq lazımdı? “