Müğənni Cennifer Lopez ayrıldıqdan 20 il sonra aktyor Ben Affleklə yenidən birləşməsinin səbəbini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənni bildirib ki, aktyor hər zaman həyatının sevgisi olub.
Lopezin dediyinə görə, evliliyinə və uşaqlarına baxmayaraq, o, həmişə ürəyində Affleki gəzdirib. Onlar planlarının əksinə olaraq yenidən bir araya gəliblər:
Sənətçi qeyd edib ki, Afflekdən ayrıldıqdan sonra özünü tanımağa çox vaxt ayırıb. "Mən daha yaxşı insan olmağa, özümü anlamağa və ola biləcəyim ən yaxşı insan olmağa çalışırdım ki, gözəl ana və övladlarım üçün gözəl nümunə ola bilim".
Onun fikrincə, kainat onun keçmiş sevgilisi ilə birlikdə olmasına məhz öz üzərində işlədikdən sonra icazə verib.