Aygün Kazımova Namiq Qaraçuxurlunun “Futbol” mahnısını oxuyur
Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün Kazımova bu il ölkəmizdə 17 yaşadək qadın futbolçular arasında keçiriləcək dünya çempionatına həsr olunmuş mahnı ifa edib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Futbol” adlı mahnı çempionata təşkilatçı kimi qatılmaq hüququ qazanan milli komandamıza dəstək məqsədilə bəstələnib.
Sözləri Namiq Qaraçuxurlu, musiqisi isə Aygün Kazımovaya məxsus mahnı artıq ölkənin radio dalğalarında yayımlanmağa başlayıb. Avqustun ikinci yarısından etibarən “Futbol” mahnısının videoçarx bütün yerli televiziya kanallarında yayımlanacaq. A.Kazımova layihə təşəbbüsünün əsas məqsədinin çempionatda mübarizə aparacaq qızlarımıza dəstək olduğunu vurğulayıb: “Keçmiş qadın idmançı kimi azarkeşlərin və bütün xalqın dəstəyinin oyunçuya təsirini, onun qələbəyə köklənməsində necə rolu olduğunu bilirəm. Bu səbəbdən ifamın, həm qızlarımıza, həm də bütün idmançılarımıza motivasiyaedici qatqısı olacağını düşünürəm”.
Eksklüziv olaraq ilk dəfə iyulun 6-da Rəsmi Pükatma Mərasimindən sonra Yerli Təşkilat Komitəsi tərəfindən Milli Parkda təşkil olunmuş konsert proqramında izləyicilərə təqdim olunan “Futbol” mahnısı Azərbaycan hit-paradlarında ilk “10-luğa” daxil olmağa real namizəddir. Xalq artisti mahnının sözlərində əks olunduğu kimi “Futbol”un qızlarımıza uğur gətirəcəyinə ümid edir və 17 yaşadək qızlardan ibarət millimizin ilk addımlarının məhz dünya çempionatı zamanı atılacağının çox sevindirici bir hal olduğunu vurğulayıb. Estrada ulduzu eyni zamanda bildirib ki, gənc komandamızın bu mühüm beynəlxalq tədbirdə iştirakının özü böyük bir nailiyyətdir və inamla qeyd edib ki, nəticədən asılı olmayaraq, azarkeşlərimiz millimizə dəstəyini əsirgəməyəcək.

2008