Emin Ağalarov Cennifer Lopezlə bir səhnədə
Lent.az-ın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, Eminin yeni mahnısı ümid və optimizmdən bəhs edir. Daha çox olimpiadaya uyğun olan mahnı Bran və Bnann (İnfadels) tərəfindən yazılıb. Emin bildirib ki, bu mahnı onun musiqisinə başqa tərzdə baxmağa imkan verəcək.
Rusiyada və Azərbaycanda xeyli populyar olan Emin mayda işıq üzü görən “After The Thunder” diskindən sonra Avropada daha da tanınmağa başlayıb. Müğənni yayda bütün qitədə konsertlərlə çıxış etmək niyyətindədir və sentyabrda Bakıda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının açılışında Cenifer Lopezlə çıxış edəcək.
Eminin “After The Thunder” albomuna daxil olan ilk “Baby Get Higher” adlı sinqli Britaniyanın məşhur Radio 2 A pleylistinə daxil olub və “Möhtəşəm onbirlik” kinosunda saundtrek kimi işlənilib. Mahnı Kann kino festivalda da təqdim olunub. Emin isə Britaniyanın müxtəlif televiziyalarının verilişlərində çıxış edib.
Emin bildirib ki, pianoda və gitarada işləyərkən mahnıların sözləri və melodiyasını çox vaxt təsadüfən tapır: “Mən çox vaxt həm sözləri həm melodiyasını eyni zamanda yazıram. Mən mahnılarımda hekayələri yazmağı xoşlayıram. Onlarda çox vaxt həyatda gördüklərim və ya diqqət yetirdiyim şeylər, münasibətlərim əks olunub”.
Müğənninin diskləri Britaniyada “Walk Through Walls” Saffron Music tərəfindən buraxılıb, dünyada isə disk EMI tərəfindən yayımlanıb.
Jalə

1289