Elnarədən cavab: “ANS, oxucuları aldatmaq olmaz”
27 iyul 2012 13:43 (UTC +04:00)

Elnarədən cavab: “ANS, oxucuları aldatmaq olmaz”

Müğənni Lent.az-a açıqlamasında bildirib ki, o, radionun hansı səbəbdən belə addım atmasını başa düşmür.

Müğənni 2010-cu ildə ANSPRESS-də yayımlanan məqaləni “Facebook” səhifəsində paylaşaraq bildirib ki, sözügedən qurum ayrı-ayrılıqda bir-birinə zidd olan məqalələr yayıb: “Həmin məqalənin birinci abzasında yazılıb ki, müğənni Elnarə Xəlilovanın yeni yaratdığı “Qan” qrupu ilk konsertini verib. Əvvəla, mənim dilimdən belə bir söz çıxmayıb ki, mən qrup yaradıcısıyam. Bir verilişdə qonaq idim, orada mənim haqqımda süjet getdi. Qeyd olundu ki, bu qrupu mən yaratmışam və sair. Yəqin ki, mən də nə vaxtsa məqalə yazmaq istəsəydim, ona belə bir başlıq yazardım: “Oxucuları aldatmaq olmaz, ANS. Mən də onlara uğur arzu edirəm. Amma bildirmək istəyirəm ki, bir-birinə tamamilə zidd yazılan xəbərlərdən ən azı biri yalandır. Bu isə heç yaxşı hal deyil”.

Qeyd edək ki, ötən gün ANS ÇM radiosu Elnarəni “Qan” qrupu, eləcə də “Təlqin” və “Hər şey istəyirəm” kliplərini öznünküləşdirməkdə günahlandıraraq, onu yalançılıqda ittiham edib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016

Oxşar yazılar