Azərin Türk dünyasını təbliğ edir
25 iyul 2012 19:27 (UTC +04:00)

Azərin Türk dünyasını təbliğ edir

0
TRT AVAZ-da canlı yayımlanan “Azərinlə bir Avaz” verilişində əməkdar artisti Azərinin təqdimatında gürcü və qazax mədəniyyətləri müzakirə olunacaq. Lent.az-ın məlumatına görə, verilişin budəfəki qonaqları Gürcüstandan Tea Gelovani, Qırğızıstandan Urmat Usevnov olacaq.

Verilişdə Azərin gürcü dilində və qırğız türkcəsində mahnılar səsləndirəcək. Veriliş Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq. Verilişdə hər iki ölkənin mədəniyyətləri, türk dünyası ilə bağlılıqları müzakirə ediləcək.

Xatırladaq ki, müğənninin ilk qonağı xalq artistləri Cahangir Novruzov və Samir Cəfərov olub. “Azərinlə bir Avaz” verilişi Müsəlman Türk Coğrafiyasının ortaq mədəniyyətini təbliğ edir. Proqramda Azərbaycan mədəniyyəti ilə yanaşı bütünlükdə Türk dünyası ölkələrinin mədəniyyəti, ədəbiyyatı, musiqisi, tarixi barədə geniş məlumatlar verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1413

Oxşar yazılar