Brilliant Dadaşova: “10 gün vaxt verirəm”
24 iyul 2012 15:34 (UTC +04:00)

Brilliant Dadaşova: “10 gün vaxt verirəm”

Lent.az-ın məlumatına görə, yerli telekanalların birində yayımlanan verilişdə sərt danışan xalq artisti onu aldadan şəxslərə müraciət edib.

Briliant Dadaşova əvvəlcə türkiyəli aranjemançı Fəttah Canın ondan bir mahnı və 5 aranjeman üçün 18 min dollar aldığını iddia edərək, vədinə xələf çıxdığını söyləyib: “Üç ildir bu adam nə mahnılarımı verdi, nə də telefon zənglərimi cavablandırır. Hər dəfə isə başqa bir bəhanə ilə vaxtı uzadır”.

Xalq artisti türkiyəli aranjemançı ilə yanaşı azərbaycanlı tərəfindən də aldadıldığını söyləyib: “Fəttah Can Türkiyədən olduğu üçün onun adını asanlıqla çəkə bilirəm, amma bu biri azərbaycanlıdır. İstəmirəm onu rüsvay edim”.

Brilliant Dadaşova bir neçə ildir mahnısını hazırlamağı söz verən azərbaycanlı aranjemançıya 10 gün vaxt verdiyini deyib: “İş üçün məbləği də əvvəlcədən ödəmişəm. İndiyədək çox gözləmişəm. 10 gün müddətində verdiyi vədi yerinə yetirməzsə, mən məcburam ki, həmin şəxsin adını çəkim”.

Daha sonra xalq artisti özünü xoşbəxt qadın hesab etməsindən də söz açıb. O,
qeyd edib ki, bir çoxlarının onun yaşına qibtə etməsi bir qadın kimi özünü xoşbəxt hiss etməsinə əsas verir: “Əgər hələ də çoxları mənim yaşıma qibtə edirsə, deməli, mən doğrudan da xoşbəxtəm. Bu gün qadınlı, kişili hər kəs mənim yaşımla, belə cavan qalmağımla maraqlanır, sözün yaxşı mənasında qibtə edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1496

Oxşar yazılar