Roza Zərgərli Röyanın oxşarlarını himayə götürdü -
Müğənni Roza Zərgərli Sevinc və Sevil Səfərova bacıları ilə işləyəcək. Lent.az-ın verdiyi məlumata görə, bundan sonra onlar Səfərova bacıları kimi deyil, “S-Twins” adı altında duet oxuyacaqlar. Duet müğənni Roza Zərgərlinin rəhbərliyi altında çalışacaq. “S-Twins” tandemi üçün artıq bir zamanlar Roza Zərgərlinin müğənni Elnurla ifa etdiyi “Rəng tap” mahnısı yazılıb. Roza Zərgərli deyib ki, prodakşınlarının ilk məhsuludur: “Mən Sevil və Sevinclə tez-tez müxtəlif tədbirlərdə çıxış edirəm. Bacıları himayəm altına götürməyə və yaradıcılıq fəaliyyətlərini dəstəkləməyə qərar vermişəm. Düşünürəm ki, mənim prodakşınımın köməyi ilə şou-biznesə daxil olacaq və daha da populyarlaşacaqlar”.
Qeyd edək ki, duetlə stilist Badamxanım Yusifzadə işləyir. O, “Rəng tap” mahnısına qeyri-adi obraz verdiyini deyib. Bacılar əvvəl müğənni Röyanın oxşarları kimi tanınsa da yeni fotosessiyalarıdan göründüyü kimi onlar artıq Roza Zərgərliyə bənzəyirlər.

2100