Safurə Əlizadə yeni klipini təqdimat etdi –
18 iyul 2012 14:45 (UTC +04:00)

Safurə Əlizadə yeni klipini təqdimat etdi –

Tanınmış müğənni, Azərbaycanı “Eurovision 2010” Mahnı Müsabiqəsində təmsil edən Safurə Əlizadə yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən müğənni klipi barədə danışıb. Avropada üçüncü klipini çəkdirən Safurə bu dəfə sözləri Endri Sulaç ilə Ayan Əliyevaya, musiqisi isə müğənninin özünə aid olan “Paradise” (“Cənnət”) mahnısına çəkilən klipi nümayiş etdirib. Müğənni rejissor Piter B.Belvon tərəfindən ekranlaşdırılan klipin xarici kanallarda nümayiş olunması üçün danışıqlar aparıldığını da i deyib.


Klipdə çəkilən xərclərə gəlincə, Safurə Əlizadə bunun müqavilə imzaladığı şirkətin öhdəliyində olduğunu deyib. Sənətçi klipin gecikmə səbəblərindən də danışıb: “İsveçdə havalar çox soyuq keçdiyi üçün biz klipi arzuladığımız kimi hazırlaya bilmirdik. Çəkiliş üçün klub seçmək çətin idi. Daha sonra klipdə bəzi kadrlar xoşuma gəlmədiyi üçün geri qaytardım və yenidən bunun üzərində işlədik”.


Müğənni bildirib ki, Azərbaycan rejissorlarının işi onu qane etmir: “Mən bir dəfə bizim rejissorlardan biri ilə işləmişəm və bundan razı qalmamışam. Xarici rejissorların işindən məmnunam”.


Azərbaycan dilində mahnı ifa etməyə hazırlaşdığını deyən sənətçi yeni klipini çəkmək üçün Amerikadan çəkiliş qrupu gələcəyini deyib.

Klipin təqdimatında sonra Safurə konsert proqramı ilə çıxış edib. Təqdimata müğənnilər Natəvan Həbibi, Nura, Samir Cavadzadə, Zamiq, Safurənin dostları və ailə üzvləri qatılıb.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005

Oxşar yazılar