Məleykə Əsədova gələcək həyat yoldaşından danışdı
Xalq artisti Məleykə Əsədova ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır. Lent.az-ın məlumatına görə, bu barədə “ATV-maqazin” verilişindən bildirilib. Proqramın aparıcısı xalq artistinin nişan mərasiminin olduğunu söyləyib.
Məleykə Əsədova Lent.az-a açıqlamasında bildirib ki, gələcək həyat yoldaşı uzun müddətdir, onun pərəstişkarıdır: “O, pərəstişkarım olub, mənə həmişə güllər göndərib. Məndən soruşsanız ki, onun hansı xüsusiyyətinə vurulmuşam? Deyərdim ki, onun məni həddindən artıq sevməsinə, məni və qızımı qorumasına vurulmuşam”.
Toyu yaxın aylara planlaşdırdıqlarını deyən xalq artisti bildirib ki, şəxsi həyatı ilə bağlı mediada açıqlama vermək istəmir: “Sevdiyim şəxslə qərara gəlmişik ki, ailəmizi gündəmə gətirməyək. Çünki bu, bizə məxsusdur. Heç bir halda bu məsələni qabartmaq istəmirəm. Kim ki, məni sevir, xoşbəxtliyimi istəyir, mən də onlara xoşbəxtlik arzu edirəm”.
Qeyd edək ki, xalq artisti ötən dəfə verilişlərin birində ailə həyatı qurmağa hazırlaşdığını söyləmişdi.
Məleykə Əsədovanın birinci nikahdan Gülər adlı qızı var.
Jalə

Oxşar yazılar

Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46