“Onun yarısı”nda Özcan Dəniz çaşqınlığı - FOTO
Proqramdan sonra Özcan Dənizin “facebook”dakı rəsmi fan səhifəsində Özcan Dənizin Bakı ilə heç bir telefon bağlantısı olmadığı barədə məlumat yerləşdirilib.
Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün proqramın aparıcısı Zaur Baxşəliyevlə əlaqə saxladıq. O, Lent.az-a açıqlamasında bildirdi ki, bu barədə sualları prodüser cavablandıra bilər.
“Onun yarısı” proqramının prodüseri Faiq Ələkbərli isə Lent .az-a açıqlamasında məhz Özcan Dənizin menecerinin təklifi ilə telefon bağlantısının yarandığını deyib: “Menecer şirkətimizə zəng vurub, onlar da proqramın prodüseri olduğum üçün mənim nömrəmi veriblər. Özcan Dənizin meneceri, səhv etmirəmsə, adı Hakan idi, Azərbaycan televiziyasını izlədiyini və onların fanat Nailə üçün həyəcan keçirdiyini deyib. Nailə proqramda həmişə Özcan Dənizdən ötrü ağlayırdı, onu çox sevdiyini deyirdi. Hətta Zaur da ona demişdi ki, Özcan Dəniz Bakıya gələndə mütləq onunla görüşdürməyə çalışacaq”.
Faiq Ələkbərli onu da əlavə edib ki, özünü Özcan Dənizin meneceri kimi təqdim edən Hakan adlı şəxs Özcan Dənizin hətta skayp vasitəsi ilə efirdə fanatı ilə danışmaq istədiyində olduğunu bildirib: “Onlar hətta bizə təklif etdilər ki, skayp vasitəsilə danışaq. Lakin biz dedik ki, efir imkanları məhduddur. Biz yalnız telefon bağlantısı ilə kifayətlənə bilərik. Menecer olduqca rəsmi danışırdı, sonralar da biz onunla əlaqə saxlamışıq”.
“Onun yarısı” proqramının prodüseri onu da bildirib ki, bu günlərdə aktrisa Meral Konratla da telefon bağlantısı olub.
Lalə Yusifqızı

1639