Kənan Doğulu: “Çox sevdiyim azərbaycanlı bir müğənni var, onun adı... ”
Konsertdən əvvəl müğənni yerli mətbuat nümayəndələri ilə görüşüb. Lent.az-ən məlumatına görə, müğənni qapıdan içəri girən kimi qonaqları “necəsiniz” deyərək salamlayıb və sözünə belə davam edib: “Mən Bakıda olmağıma çox şadam və sevimli azərbaycanlı pərəstişkarlarımla görüşməkdən böyük məmnunluq duyuram. İnanıram ki, konsertimiz Bakı və bakılılar üçün maraqlı və yaddaqalan olacaq. Çox yaxşı əylənəcəyik. 6 il əvvəl gəlmişdim, çox böyük dəyişikliklər var. Kaş ki, İstanbul da bu qədər inkişaf etsin”.
Müğənni Azərbaycanı çox sevdiyini və bizim telekanalları izlədiyini deyib. O, azərbaycanlı sənətçiləri çox da yaxşı tanımadığını etiraf edib: “Mənim “Aklım karışdı” mahnım Azərbaycan musiqisinə yaxındır. Azərbaycanı “Eurovison”da daha çox bəyəndim. Çox sevdiyim bir azərbaycanlı müğənni var, onun adı Əzizə Mustafazadədir. Heyranıyam, cazı sevirəm”.
Qeyd edək ki, bu, Kənan Doğulunun Bakıya ikinci səfəridir.
Konsert “SA Organization” şirkətinin təşkilatçılığı və Buta İncəsənət Mərkəzinin şirkətlərindən biri olan “BUTA production”un dəstəyi ilə həyata keçirilir.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - Anar Nağılbazın anası -VİDEO
12 may 2025 , 15:29
Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33