Rövşanə Bektaşi: “Necə qışqırdısa, dedim indi ürəyi dayanacaq...” - MÜSAHİBƏ
Yazıya giriş vermək üçün neçə il əvvələ qayıdıram. O vaxtlar (indikindən iraq) hər səhər əhval-ruhiyyəmi “Space” telekanalının səhər proqramı ilə kökləyirdim. Nə bilim, məncə o vaxtlar baxımlı idi. Proqram Emin Musəvi, Günay Fərəcova, Rövşanə Bektaşinin təqdimatında gedirdi. Emin bir gün Rövşanə, növbəti gün Günay ilə ekrana çıxırdı. Nədənsə o vaxtlar Emində qəribə hal-vəziyyət müşahidə edirdim. Emin Musəvidə ilə bil şəxsiyyətin ikiləşməsi gedirdi, Rövşanə ilə proqramda ciddi görkəm alırdı, Günayın yanında bir az şən olurdu...
Rövşanə “sıxışdırmağı” bacarır...
Azərbaycan efir məkanında tək-tük adam taparsan ki, efirə dəvət etdiyi qonağını "sıxışdırmağı" bacarsın. Adətən, aparıcılar qonaqları ilə "incə" rəftar edir ki, həmin qonaq ya ondan inciməsin, ya növbəti verilişə də gəlsin, ya da aparıcıdan müdiriyyətə şikayət etməsin. Bunu edə bilən aparıcılar isə istər-istəməz tamaşaçının sevimlisinə çevrilir, tamaşaçı bir növ özünün demək istədiyi acı sualları aparıcının ağzından eşitdikdə, onu daha tez özününküləşdirir. Rövşanə Bektaşi bu mənada tamaşaçının özününküləşdirdiklərindəndir. Siz hələ də onu özününküləşdirməmisinizsə, “Bazar səhəri Rövşanə Bektaşi ilə”ni bir dəfə izləməyiniz bunun üçün yetərli olacaq. Ancaq əvvəlcə görək özü nə danışır...
Tanınmış teleaparıcı Rövşanə Bektaşi Lent.az-ın “Görünməyən tərəf” rubrikasını qonağıdır
... Aparıcı olmaq həmişə arzum olub. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasına gəlmişəm. İstəyirdim ki, televiziyada olum. Fərqi yox idi, nə olur olsun, təki televiziyada olum. Yadımdadır, atam məni Azərbaycan televiziyasına gətirdi. Gəldim və... Özümü itirdim ki, ay Allah bu da arzuladığım teleməkan indi mən burda neyniyəcəm?! Əlimə bir mətn verdilər ki, oxu. O qədər həyəcanlı idim ki, büzüşüb balaca bir yerdə dayandım. Bilmirdim hara baxım. Bildiyim o idi ki, aparıcılar danışanda kameraya baxır, kameraya baxmaq lazımdı. Nə isə, birtəhər mətni əlimə aldım, pis oxumadım. Qulu Məhərrəmli bəyəndi. Bir neçə il müxbir, sonra aparıcı kimi çalışdım.
AzTV-də eyni hamımız eyni saç stilində gəzirdik”
AzTV-də Günay Məmmədova, Məxfurə və mən idim. Bu gün onlar televiziyada yoxdur. Günay radiodadır. AzTV ilə bağlı bircə keçirdiyim həyəcanlarım yadımdadır.
Orada hamımız saçımızı eyni düzəldirdik. Klassik kare saç stili var idi. Hamımız o formada olmağa çalışırdıq. Mənə bir il vaxt lazım oldu ki, o formadan çıxa bilim.
“Bilmirəm bu qismət, zərurət, yoxsa təsadüfdür...”
...“Space”-ə gələndə düz on ilə yaxın səhər proqramında olmuşam. Çox yerdə də demişəm ki, səhər proqramını aparmaq elə bir alnıma yazılıb. Hər yerdə, AzTV-də də, “Space”də də, ANS-də də səhər proqramı aparmışam. Bilmirəm bu qismətdir, zərurətdir, təsadüfdür, amma günəşlə bir yerdə çıxıram. Təvazökarlıqdan uzaq olsa da...
“O vaxtdan ayrıldıq...”
... Tanıyanlar bilir ki, məndə duet alınmır. Monoloq aparıcıyam. Bir dəfə “Space”in səhər proqramıdı, Emin Musəvi ilə efirə çıxmışıq. Emin nə isə danışdı. Bir yerdə mənim qoluma toxundu. Efir bitəndən sonra dedim, Emin, bilirsən nə var, mənim xoşuma gəlmir, sən mənim qoluma toxunursan. Belə şeylər etmə. Elə o vaxtdan duetimiz ayrıldı...
“Sabiranə” insanları çox qıcıqlandırırdı”
...Pik dövrüm ANS-lə bağlıdır. ANS-ə gəlişimlə çox şey dəyişdi. İmic dəyişikliyi oldu. “Space”də tamam fərqli idim. Burda isə daha sərbəstəm. Sözümü deyə bilirəm. Ümumiyyətlə, ANS-in nəyi xoşuma gəlir, bilirsinizmi, burda sərbəstlik çoxdur. Jurnalist fikrini deyə bilir. Rəhbərlik buna imkan verir.
Peşəkar diktor Sabir Ələsgərovla birgə apardığımız “Sabiranə” insanları çox qıcıqlandırırdı. O proqram mənim istəyim deyildi. Sabir müəllim kimi diktorla efirə çıxmaq təbii ki, sevindiricidir. Lakin temp fərqi var. O ayrı dövrdə yetişib, mən ayrı dövrdə. Bu fərqlər də təbii görünürdü və tamaşaçıları qıcıqlandırmaya bilməzdi. Sabir müəllim bəzən mənə deyirdi ki, sən mənə danışmağa imkan vermirsən. Mənim fikirlərim, dediklərimlə Sabir müəllimin fikirləri uyğun gəlmirdi. Və nəhayət, biz ayrılmaq qərarına gəldik. Düzdür, bu da rəhbərliyin tapşırığı ilə oldu. Lakin düşünürəm ki, məqsədəuyğundur. Əvvəllər mənə irad bildirəndə ki, mən də danışım, mən susurdum, sonra səbrim tükənirdi, hövsələm çatmırdı. Deyirdim, icazə verin, mən bunu tez-tez deyim. Artıq sonra o da mənə irad bildirmədi.
Hər halda o da fəaliyyətimdə bir dövr oldu.
“Meymun qucağımdan düşdü, başladı saçlarımı bitləməyə”
...Yeməyi xoşlayanam. Qurmanam. Elə proqramlar aparıram ki, dörd saat çəkir. Bu da enerji tələb edir. Fasilədə vaxt tapan kimi mer-meyvə yeməli idim. Bir dəfə alma əlimdə yeyirəm, həmin vaxtda da efirdə reklamlardı. Bir də baxdım ki, alma əlimdə, efir gedir! Meyvə boğazımda qalıb, oturmuşam udquna-udquna fikirləşirəm, indi nəsə deməliyəm. Tez özümü topladım, dedim, bilirsiniz, səhərlər alma yemək insana enerji verir. İnsan gərək özünü yaxşı hiss etmək üçün alma yesin. Bizim alma ilə bağlı süjetlərimiz olacaq, amma bu gün yox! Yenidən almadan dişlədim...
...Bir dəfə çirk ustaları səhər proqramıma gəlib, meymun da qucaqlarında. Efir də canlı gedir. Mən qorxa-qorxa danışıram, gözləyirəm ki, meymun nəsə edər. Canlı efir gedir, meymun neyləsə yaxşıdır? Müəlliminin qucağından düşüb gəlib oturdu mənim qucağımda! Əstəğfürullah, mən nə işə düşdüm. Efirdə qışqıra da bilmirəm. Bir azdan meymun qucağımdan düşdü, Söylü demiş, başladı saçlarımı bitləməyə... Rejissora nə qədər göz edirəm ki, reklama keçsinlər, meymundan canımı qurtarım.
“Əlini uzatdı ki, əlimdən öpsün...başımla yox işarəsi etdim”
...Bir dəfə Faiq Ağayevlə ciddi problemimiz olmuşdu. Bəlkə 8-9 ilin söhbətidir. Ailə də qurmamışdım. Efirdə mahnı oxuyanda əlini uzatdı ki, əlimdən öpsün. Canlı efirdə bir üz göstərmişəm ki! Başımla “yox” işarəsi etdim. Onda incimişdi məndən. Aparıcılar çıxır, danışır, rəqs edir. Heç kim görməyib ki, mən efirdə rəqs edəm.
...Müğənnilərin kaprizlərinə dözməyən aparıcıyam. Bəziləri mənimlə efirə çıxmaq istəmirlər. Elə müğənnilər olub ki, deyir Rövşanə xanım, efirə çıxmamışdan əvvəl bu sözləri deyin, bu titulları sadalayın. Deyin ki, həyatınızda hansı sevgilər olub, uğurlarınız nə ilə bağlıdır. Kiminsə sözü, göstərişi ilə oturub-durmağı bacaran aparıcı deyiləm. Dəfələrlə olub ki, müğənnilər məndən inciyib gediblər, amma sonra görüblər ki, bu mənim iş üsulumdur.
“Bu sözü deməyimi gördüm, elə bil bomba partladı”
...Qədir Qızılsəslə bizim çox böyük qalmaqalımız olub. Bir dəfə sual verdim ki, Qədir müəllim, sizinlə bərabər efirə çıxan Ağadadaş Ağayev və digərləri xalq artisti olublar, amma elə bil Siz geridə qalmısınız. Bu sözü deməyimi gördüm, elə bil bomba partladı. Canlı efir gedir, biz Qədir Qızılsəsi sakitləşdirə bilmirik. Ay başına dönüm, qurban olum, durub ayağa, reklam arasında bu necə qışqırır. Dedim indi ürəyi dayanacaq...
...Nazpəri xanımla bir dəfə narazılıq olmuşdu. Mən onun xətrini çox istəyirəm. Həyatındakı sevgilərlə bağlı sual vermişdim. Cavab vermişdi, lakin o suala cavab verməyə də bilərdi. Sonra mənə evimə də zəng etmişdi. Sonra barışdıq. Mən ona izah edə bildim ki, cavab verməmək sizin hüququnuzdur. Canlı efirdi, onu montaj etmək mümkün deyil.
“Populyarlığımı hiss edirəm”
...Populyarlığımı cəmiyyət içində olanda, hətta yol polisi maşınımı saxlayanda hiss edirəm. Telefonla danışanda deyirlər xanım, sizə olar, keçin... Daha çox üzdən tanıyırlar.
Bəzən bizi qınayırlar ki, qalmaqallara çox vaxt ayırırsınız. Bizim qarşımızda reytinq kimi vacib məqam durur. Bilmirəm bu nə dərəcədə düzdür, ya səhvdir. Bəzən çox maraqlı insanlarla ağıllı söhbətlərimiz olur, reytinq o qədər aşağı olur ki... Məcbur oluruq, nə isə konflikt, qalmaqala bənzər bir şey yaradaq. Mən də məcburam bunu tamaşaçı üçün edəm.
...Tənqidi daha çox dostlarımdan eşidirəm. Onların arasında jurnalistlər, cəmiyyətdə sözünü deyə bilən tanınmış insanlar var. Efirə çıxandan sonra onlarla zəngləşirəm. Fikirlərini soruşuram, paylaşıram. Telejurnalist Afaq Vasifqızı uzun illik rəfiqəmdir. İndi AzTV-də səhər proqramında çalışır. Rəfiqələrim var, polis işçisidi. Gülnarə Sultanqızı ən yaxın rəfiqəmdir, həkimdir. Sənət adamlarından bir nəfər də rəfiqəm yoxdur.
“Space”də verilişdən sonra müğənni rəhbərliyə çıxa və bizdən şikayət edə bilirdi. Onda da jurnalist pis vəziyyətdə qalırdı. Rəhbərliyə qədər gedib-çıxan vay-şivəndən sonra irad bizə gəlirdi. Amma ANS-də belə hal yoxdur. Mənim ixtiyarım var ki, istədiyim sualı rahat verim.
“Rövşanə Bektaşi çox açıq-saçıq görünə bilər”
...Müğənnilər mənim sualıma sərt reaksiya verəndə normal qarşılayıram. Onun da öz hüququ var. Mənim üçün rahatdır. Həyatda bir az komplekslərim, sıxılmağım var. Kameranın işığı yananda artıq başqa dünyada oluram. Efirdə çox sərbəst və rahatam. Sözümü deyə bilirəm. Rövşanə Bektaşi çox açıq-saçıq görünə bilər, amma əslində qətiyyən elə deyil. Həyatda qeyri-sərbəst, narahatam.
“Həyat yoldaşım bəyənmir”
Ən birinci tənqidçim anamdır. Atam yalnız bəyənir.... Tənqidlər ailədən gələndə doğru və dəqiq olur. Balaca qızım məni həmişə tərifləyir, deyir mama, nə qəşəng geyinmişdin. Həyat yoldaşım məni heç vaxt bəyənmir. Ömründə bir dəfə bəyənib, onda da ailə qurub vəssalam. O da çox danışmağıma irad bildirir. Deyir, ürəyin doludur, müsahibinə imkan vermirsən, onlar da danışmaq istəyir.
O da məni efirdən bəyənib. Əslində tamam fərqli insanlarıq. Fərqli dünya görüşümüz var. Azərbaycan telekanallarını izləməyən insanlardandır. Təsadüfən kanalı çevirəndə məni görüb və anasına deyib ki, bu qızla ailə qurmaq istəyirəm. Yenə də Allahın işi. Fərqli olsaq da, qismət bizi birləşdirib. Azərbaycanda Bektaşi soyadı məşhurdur. Çox deyiblər ki, Rövşanə yəqin farsa, ya da türkə ərə gedib. Dəfələrlə demişəm ki, naxçıvanlıdır.
Efir xətaları
...Bir dəfə bir qadın müğənni gəlib diski qoyub oxumağa, kişi səsi çıxıb.
...“Sabiranə” proqramı idi, Manaf Ağayev gəldi ki, mən Baloğlan Əşrəfovun repertuarından oxuyacam. Mahnı səhv getdi. İlhamə xanım da efirdə idi, Manaf Ağayev qalıb bir tərəfdə, İlhamə xanım canlı efirdə qışqırır ki, öldürəcəm sizi!
...Olub ki, efirə saçımda biqudi ilə çıxmışam. Necə tələsik gəlmişəmsə, saçımda üç böyük biqudi iki saat canlı yayımda oturmuşam. Nə rejissor görüb, nə operator. Efir bitəndən sonra əlimi saçıma aparmışam üç biqudi...
...Azərbaycan televiziyalarına baxmıram. Yalnız Mir Şahinin verilişinə və AzTV-də “Ovqat” proqramına baxıram. Sadə, sakit verilişdir. Hərdən insan ağıllı söhbətə aclıq hiss edir. Nə qədər qalmaqala baxmaq olar? Bəzən istəmədən biz bu yolu gedirik.
“Boşanmağımla bağlı xəbərlər gəzmişdi”
...Şəxsi həyatımı gündəmə çıxarmağı sevmirəm. Bu yaxınlarda, dörd-beş ay əvvəl mənim boşanmağımla bağlı xəbərlər gəzmişdi. Bilmirəm nəyə əsasən, amma danışırdılar...
“Suçiçəyi ola-ola efirə çıxdım”
...Bunu tamaşaçılar bilmədi, ötən yay suçiçəyi ola-ola efirə çıxmışam. Xəstəliyimin dördüncü günüdür, bazar günü də efirə çıxmalıyam. O qədər tonal krem etmişdim ki, efirin sonunda səpkilərim böyümüşdü...
“Efirdə kablukum sınıb”
...Efirdə kablukum sınıb... Ayağımı atmaq istəyəndə ayağım girdi döşəməyə, tərpənə bilmirəm. Kabluk sındı, reklama hələ 15 dəqiqə var... gəzə də bilmirəm... gülə-gülə tamaşaçılara öyüd verməyə başladım: “Çalışın elə ayaqqabı seçin ki, özünüzü rahat hiss edəsiniz. Qadınlara hündürdaban ayaqqabı yaraşır...” Yaxşı ki çantamda ayaqqabı var idi, dəyişdim...
“İncə maraqlar”da stola yapışmışdım...
...“İncə maraqlar”ın studiyasında sağ tərəfdə masa var idi. Əl qabiliyyəti olan xanım verilişə qonaq gəlib, yapışqanla işləyir. Yapışqanın üzünü qoyub stolun kənarında. Mən gəlib yaxınlaşdım, soruşdum ki, nə hazırlayırsınız, neynirsiz? Yapışqan da yapışar paltarıma, quruyar... İndi istəyirəm geri çəkiləm, yapışmışam stola, qopa bilmirəm. dartınsam, canlı yayımda bilinəcək ki, stola yapışmışam. Onu bildirməmək üçün reklamlara qədər orda dayanmaq məcburiyyətində qaldım.
“O vaxtlarda tamaşaçı qarşısında utanmışam”
...Efir vaxtı bitib, sözümü bitirə bilməmişəm, sözüm yarımçıq qalıb. O vaxtlar da tamaşaçı qarşısında utanmışam.
...Bir dəfə bir psixoloq dəvət etmişdik, verilişə gəldi, sakitcə dayandı və getdi. Ona danışmağa imkan olmadı, hamı danışdı, polemika gedirdi. Qonaq inciyib getmişdi.
...Bir dəfə, adını çəkmək istəmirəm, bir sənətçi xanım proqramda brendlərdən danışır. Amma brendlərin adını düzgün tələffüz edə bilmir. Vacibdirmi “Dolçe Cabbana” (Dolce&Gabbana), “Cucci” (Gucci) desin?
“Müğənnilərdə səmimiyyət görmürəm”
...Xətrini istədiyim müğənnilər də var, istəmədiklərim də... Onlarla bir efirdə olmaq istəmirəm.
Müğənnilərin çoxu ilə ünsiyyət mənim üçün maraqsızdır.
15 ilə yaxındır televiziyadayam, heç bir müğənni, sənət adamı ilə şəxsi dostluğum yoxdur.
Mən müğənnilərdə səmimiyyət görmürəm. Fəxri ad alana qədər yalvarırlar, ad alanda gözləyirlər biz onlara yalvaraq.
Müğənnilərə şəxsi sual verəndə özümü rahat hiss edirəm. Mənə maraqlıdır. Hamıya da maraqlıdır. Kim nə deyir desin.
Məndə o baryer yoxdur ki, kiməsə sual verməyəm. Ağlıma nə gəlirsə, o sualı verəcəm.
“Sevənlərin özləri yox, göndərdikləri güllər yadımda qalıb”
Pərəstişkarlarım çox olub. Sevgilərini bildirənlər də olub. Efirdən sonra buket göndərib heç tanımadığım insan. Özü yox, gül yadımda qalıb.
“Anam deyirdi, yaşın keçib, qarımısan, ərə get”
...Sevgiyə inanıram. Hələm-hələm sevməmişəm. 24 yaşında ailə qurmuşam. Anam deyirdi ki, yaşın keçib. 3-cü kursdan deyirdi ailə qur, qarımısan, yaşın keçir. Mən hamını bəyənmirdim. İçimdə arzuladığım kişi obrazı var idi. Deyə bilmərəm tam arzuladığım kimidir, qeyri-səmimi olar. Hər bir qızın ürəyində ağ atlı oğlan var. Amma bir çox şeylər üst-üstə düşdü.
Zaman dəyişdikcə dəyişirəm. “Space” dövründə çox ciddi idim, indi həddən artıq ciddi verilişlər baxılmır. Çərçivəni sevmirəm. Həyatımı məngənədə yaşamaq istəmirəm.
Həyat yoldaşımla iş üstündə mübahisələr olub. Lakin müəyyən kompromisə gəlmişik. Çalışmışam işdən kəsim vaxtımı evə həsr edim. O da düşünüb ki, məni efirdən bəyənib, efirə sevgimi nəzərə alıb, güzəştlər edib. Mən həm də pedaqoji fəaliyyətlə məşğulam. Filologiya elmləri namizədiyəm, doktorluq dissertasiyası üzərində işləməyi planlaşdırıram. Həmişə tələsirəm. Belə həyatı da sevirəm.
“Dikbaş, çox danışan, həyasız görünə bilərəm”
Saytlarda mənimlə bağlı hiddətli şərhlərə rast gəlirəm. Məni sevməyənlər də var. Bir az dikbaş, çox danışan həyasız görünə bilərəm efirdə... Əslində öz daxilim, ruhum, dünyam var. Efirdə elə görünə bilərəm.
“Bu gün efirə çıxdım, səhəri gün doğum evinə getdim”
...Hamiləlik dövründə düz doqquz ay - Aylin (qızı - L.Y.) dünyaya gələnə qədər işdə oldum. Bütün prodüserlər, işçilər həyəcanla hər gün efirin bitməsini gözləyirdilər, ay Allah, bugünkü efir də sağ-salamat başa çatsın. 6-cı gün efirdəydim, bazar günü doğum evinə getdim.
O vaxt Nərgiz xanım Cəlilova təklif etdi ki, Türkiyə kanallarında belə hallar var. Maraqlıdır, bizdə ilk hamilə efirə çıxanlardan biri mən olmuşam.
“Koftamı tərsinə geyindim, məcbur idim...”
...Bir dəfə fikir verməmişəm, köynək geyinmişəm gəlmişəm efirə, qabağında dovşan şəkli və açıq-saçıq əcnəbi söz. Qonağım da millət vəkili olmalı idi, “Space” dövrü idi. Rejissorumuz Natiq Ağayev dedi sən bu köynəkdə efirə çıxa bilməzsən. Koftamı tərsinə geyindim, çıxdım ekrana məcbur idim, millət vəkilinin və tamaşaçıların qarşısına o kəlmələrlə çıxa bilməzdim...
“Handa bir xanım mənimlə rəqabət apara bilər”
...Mətbəxi sevirəm. İş bitən kimi mütləq evə gedib yemək hazırlamalıyam. Bu mənim birinci işimdir. Mətbəximə heç kimi buraxmıram. Desələr süfrə aç, handa bir xanım mənimlə rəqabət apara bilər.
Övladım bu il birinci sinfə gedir. Ona bütün canımla bağlıyam. Düşünmürəm qızıma nədəsə korluq verim. Bu gün o mənə stimul verir.
Televiziyanı sevən və sevməyən aparıcı
...Özümdə səbirsizliyi, emosionallığı sevmirəm.
...Tamaşaçı qarşısında sərbəst, rahat, özüm oluram.
...Deməzdim ki, peşəmin pis tərəfləri var.
....Heç kimlə rəqabət aparmıram.
...Övladıma daha çox vaxt ayırmaq istəyirəm.
...Saç düzümümə görə çox iradlar eşitmişəm.
...Sevirəm... çox sevirəm... təbiəti, dənizi, həyatı.
...İnsanda ağıla və xarizmaya cox önəm verirəm.
...Müəyyən şeylər var ki, ürəyimə salıram. Haqqımda xoşagəlməyən bir şey eşidəndə təsir edir və özümü yığışdırmağa çalışıram.
...Demək olar ki, televizora baxmıram. İnterneti daha çox izləyirəm. Kitab oxumağı daha çox sevirəm.
...Heç bir sosial şəbəkədə yoxam.
...Artıq özümü tanıdığım vaxtdan o qədər xoş münasibət görmüşəm, tanınmağa o qədər aludə olmuşam ki, efirdən getsəm, o sözləri eşitməsəm, ürəyim partlayar.
Lalə Yusifqızı

9456