Tanınmış müğənni 4 ayda 5 milyon manat qazanıb
15 sentyabr 2011 16:20 (UTC +04:00)

Tanınmış müğənni 4 ayda 5 milyon manat qazanıb

0
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Kral TV-nin “Ən yaxşı mahnı”, “Ən yaxşı albom”, “Ən yaxşı sənətçi” nominasiyalarında qalib olan Tarkan XXXVIII Qızıl Kəpənək müsabiqəsində “Türk pop musiqisində ən yaxşı kişi solist”, “İlin mahnısı” mükafatlarına da layiq görülüb.


Bununla bərabər, müğənni son 4 ayda verdiyi konsertlərdən 10 milyon türk lirəsi (təxminən 5 milyon manat) qazanıb. Avropa səfəri çərçivəsində Almaniya, Fransa, Belçika, Hollandiya və Avstriyada səhnəyə çıxan Tarkan Fanta Gənclik Festivalında 3,6 milyon dollar alıb. Müğənni Qazaxıstandan gələn 400 min dollarlıq toy təklifini rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1324

Oxşar yazılar