Brilliant Dadaşova bu gün “80” yaşını qeyd edir
15 sentyabr 2011 15:34 (UTC +04:00)

Brilliant Dadaşova bu gün “80” yaşını qeyd edir

Lent.az-ın məlumatına görə, xalq artisti bu il də hər il olduğu kimi bu il də təmtəraqdan uzaq, sakit şəkildə yaşını qeyd edəcək.

Yaşı həmişə müzakirə mövzusu olan xalq artisti doğum günü ərəfəsində bununla bağlı açıqlama verib: “Hamı mənim yaşımla maraqlanır. Qoy açıqlama verim, mənim 80 yaşım tamam olur, hamı sakitləşsin!”.

Brilliant Dadaşova 1959-cu il sentyabr ayının 15-də Bakı şəhərində anadan olub. Onun anası məşhur Azərbaycan qarmon ifaçısı, 1966-cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-ci ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olub. O ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır.

Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil edib.

1997-də Brilliant Dadaşovaya Əməkdar artist adı verildi.

1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbayıl rayon bələdiyyəsinə üzv seçilib.

2008-ci ildə "Xalq Artistı" fəxri adına layıq görülüb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3094

Oxşar yazılar