
İbrahim Tatlısəs yeni il gecəsi 450 min dollar alacaq
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, sol tərəfi iflic durumda olan İbrahim Tatlısesin başının güllə dəymiş hissəsində bir neçə gün əvvəl Almaniyada əməliyyat aparılıb və o, sürətlə sağalmaqdadır. İbrahim Tatlısəs İstanbula dönən kimi yeni ildə səhnəyə çıxacağı telekanalın bəlli olduğunu söyləyib. Ancaq müğənni telekanalın adını açıqlamayıb. Başına avtomat gülləsi dəyməsinə baxmayaraq, yaşamasını möcüzə sayan İbrahim Tatlısəs yeni ildə 600 min dollara çıxaracağı albomuna da “Möcüzə” adını verib. O, albomda 3-ü özünə aid olmaqla, 9 mahnı səsləndirəcək.
Türkiyə mətbuatı İbrahim Tatlısəsin yeni il gecəsində 450 min dollar müqabilində bir telekanalda səhnəyə çıxacağını yazıb. Müğənninin “Show TV”, “Beyaz TV” və TNT telekanallarının rəhbərliyi ilə danışdığı və TNT ilə anlaşdığı da iddia olunub.
Türkiyə mətbuatı İbrahim Tatlısəsin yeni il gecəsində 450 min dollar müqabilində bir telekanalda səhnəyə çıxacağını yazıb. Müğənninin “Show TV”, “Beyaz TV” və TNT telekanallarının rəhbərliyi ilə danışdığı və TNT ilə anlaşdığı da iddia olunub.
Oxşar yazılar

Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33
Sakitlik və evi səs-küylü şənliklərdən üstün tutan ULDUZLAR
10 may 2025 , 13:23
Hollivudun ən səs-küylü ayrılığı: Eniston, Pitt və Coli üçbucağının PƏRDƏARXASI
9 may 2025 , 18:08
Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20