“Cazibə”: “Onunla Bakıda görüşdük, ağladım” - FOTO
01 sentyabr 2011 12:44 (UTC +04:00)

“Cazibə”: “Onunla Bakıda görüşdük, ağladım” - FOTO

Hazırda heyət Bakının “Torqovı” meydanında “Yaxşı Cazibə” serialının çəkilişlərindədirlər.

Serialın baş qəhrəmanı Aslıhan Gürbüz - “Cazibə” Bakı təəssüratlarını Lent.az-la bölüşüb: “Azərbaycan xalqına təşəkkür edirəm! Məni çox sevirlər, özlərininki kimi qəbul etdilər. Bakı tərtəmiz şəhərdir, insanları istiqanlıdır, binalar gözəldir. Burda olmaqdan çox məmnunam. “Bakıya gələndə düşbərə yeyəcəyəm” - demişdim, yedim. O qədər çox gəzdim ki, indi yastı ayaqqabıda gəzirik. Artıq sabah axşam qayıdırıq. Nigar Camal da serialda bizimlə oynayacaq. Azərbaycanın məni sevməsində Məlahət xanım Abbasovanın böyük faydası oldu. Dünəndən bu günə qədər İçəri Şəhəri, Karvansarayı gəzdik, Lunaparka getdik, dondurma yedik, çox əyləndik”.

Aslıhan Gürbüz Bakıda öz müəllimi ilə görüşüb: “Bir də burada müəllimlərimlə görüşdüm. Onlar vaxtilə mənə konservatoriyada dərs deyiblər. Mən bayramda müəllimimə zəng etdim, Konyada yaşayırdı. Telefonu cavab vermədi. Çox yəqin Bakıdadır, dedim. Burda axtardım, Rauf müəllimi Bakıda görüb, ağladım”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar