Gənc müğənnimiz özünü Rusiya şou-biznesində sınayır
27 avqust 2011 11:56 (UTC +04:00)

Gənc müğənnimiz özünü Rusiya şou-biznesində sınayır

Müğənninin Lent .az-a verdiyi məlumata görə, təqdimatına hazırlaşdığı ilk albomunun adı rus dilindədir - "Serdsa na dvoix" (İki nəfər üçün ürək).

Alboma daxil olan 15 mahnının hamısı rus dilindədir. Mahnılardan ikisi duet şəklindədir. Duetlər gənc müğənni Leyla Babayeva ilə hazırlanıb. Cahangir Qurbanov albomun Rusiya bazarı üçün nəzərdə tutulduğunu deyib.

Albomun mahnıları "Ultras Production" studiyasında yazılsa da, disklər Rusiyada hazırlanır.

Qeyd edək ki, Cahangir Qurbanov “Yeni Ulduz 9” mahnı yarışmasının qalibidir. Müğənni vokal dərslərini tanınmış opera ifaçısı əməkdar artist Samir Cəfərovdan alır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar