Aygün Kazımova 70 min avroya Azərbaycanı tanıdacaq...- FOTO
22 avqust 2011 11:23 (UTC +04:00)

Aygün Kazımova 70 min avroya Azərbaycanı tanıdacaq...- FOTO

0
Bu barədə Lent.az-a məlumat verən müğənni deyib ki, sözügedən mahnının aranjimanı Türkiyədə olub. “Düşün məni” adlanan musiqinin müəllifi Sevinc Tağiyevadır: “Klipi Türkiyədən gələn 22 nəfərlik Türkiyənin 1 nömrəli professional heyət lentə alacaq. Bunun üçün avqustun sonunda Bakıya gələcək heyət bütün avadanlıqları Türkiyədən gətiriləcək”.

Kazımovanın yeni klipi 5 müxtəlif kameralarla fərqli məkanlarda lentə alınacaq. Klip çəkilişləri 4 gün fasiləsiz davam edəcək və təbliğatı da Türkiyədə aparılacaq. Klipin çəkilişi və promosu 70 min avro dəyərindədir. Klipdə müğənni dünyaca məşhur dizayner Aşişin hazırladığı eksklüziv geyimi geyinəcək. Dizaynerlə danışıqları “Paparazzi” geyim butiki aparır. Geyim avqustun 26-da Londondan Bakıya gətiriləcək.

Çəkilişlərə ciddi hazırlaşan Aygün Kazımova super formadadır. Hazırlanan paltarın olçüsü S-dir.

Qeyd edək ki, çəkilişlər üçün Bakıya gələcək komanda Megastar Tarkanın “Acımayacaq”, eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murat Boz, Ozan Doğulu, Murad Dalkilic, Gulşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Kazımovanı tam fərqli tərəfdən tamaşaçılara təqdim edəcəklərini söz verən rejissor klipin ideyasının da maraqlı olduğunu bildirir. Qeyd edək ki, klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin tanıtımı mövzusunda olacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1653

Oxşar yazılar