EBU: “Eurovision” yeni tikiləcək yerdə keçiriləcəksə...
11 avqust 2011 13:16 (UTC +04:00)

EBU: “Eurovision” yeni tikiləcək yerdə keçiriləcəksə...

Lent.az-ın televiziyanın saytına istinadən məlumatına görə, baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision Mahnı Müsabiqəsi-2012”nin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələləri müzakirə olunub.


Baş direktor qonaqlara müsabiqəyə hazırlığın gedişi haqqında məlumat verib. Bakıya ikinci dəfə səfər etdiyini və budəfəki səfərində də əsas məqsədin görülən, eləcə də nəzərdə tutulan işlərlə tanışlıq olduğunu bildirən Yan Ola Sand müzakirələrdən razı qaldığını bildirib: “Bu gün bir çox məsələləri müzakirə etdik. Müsabiqəyə hazırlıqla bağlı indiyədək görülən işlər qənaətbəxşdir. Əsas odur ki, bu görüşlərimizdə prioritetlərindən başlayıb, nə ilə sona çatdırmağı müəyyən etməliyik.”


Səfər öncəsi Sietse Bekker xarici mətbuata müsahibəsində Azərbaycanın Eurovosion hazırlıqları üçün “B variantı” barədə məlumat vermişdi. Avropa Yayımları Birliyinin (EBU) rəsmisi məsələyə aydınlıq gətirərək, bunun ehtiyat variant olduğunu vurğulayıb: “Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı söhbət etdik. Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda “B variantı” ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır”.

EBU nümayəndəsi bu məsələ ilə bağlı daha dəqiq məlumatları Bakıdakı müzakirələrdən sonra əldə edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar