Aygün Kazımova yaşıllar içində
02 avqust 2011 16:18 (UTC +04:00)

Aygün Kazımova yaşıllar içində

0
Lent.az-ın məlumatına görə, bu il mövsümün ilk konsertini verən müğənni sözügedən proqrama xüsusi hazırlıq görüb. Kazımovanın səhnə geyimini məxsusi olaraq Türkiyədə yaşayan modelyer Ramazzo hazırlayıb. Stilist Anar Ağakişiyev isə 4 illik fasilədən sonra Aygün Kazımovanı məhz bu konsert üçün bəzəyib. Proqram boyu müğənni repertuarındakı hitlərlə yanaşı, yeni mahnılarını da səsləndirib.

Gecə yarısına qədər davam edən konsertə Türkiyədə yaşayan həmyerlimiz aktrisa Məlahət Abbasova da qatılıb.

Səhnəni Kazımova ilə yanaşı “ABD” Malik, Rusiyadan və Türkiyədən gələn DJ-lər bölüşüb. Konsertə “EXTREM” realiti- şousunun iştirakçıları da gəlib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1942

Oxşar yazılar