Türk aktyoru azərbaycanlı müğənninin klipində ağlayıb...
Bu barədə Lent.az-a məlumat verən müğənni deyib ki, klip çəkilişləri İstanbulda baş tutub.
Klipin rejissoru Orman Çingizoqlu, prodüseri Abbas Quliyevdir. Müğənni klipdə stilist Anar Ağakişiyev və modelyer Ramazzo ilə çalışıb.
Roza Zərgərli deyib ki, klipdə məşhur türk aktyoru Erol Günaydın da rol alıb. Çəkilişlər Bosfor boğazında və Türkiyənin Böyükada adasında aparılıb.
Klipdə Erol Günaydın gəmi kapitanı olub. Rolunu ürəkdən oynayan aktyor çəkilişdə həqiqətən ağlayıb.
Roza Zərgərli türk aktyorunun kaprizli olduğunu deyib: “O, həmişə klip çəkilişlərindən imtina edib. Cəmi bir dəfə Emre Altuğun klipində çəkilməsinə razılıq verib. Azərbaycandan gələn təklif isə ürəyincə olub, çünki azərbaycanlılarla işləməyi arzu edirmiş”.
Aktyor Roza Zərgərliyə və qızına xatirə hədiyyəsi bağışlayıb.
Roza da öz növbəsində aktyoru klipin sentyabr ayında Bakıda keçiriləcək təqdimatına dəvət edib.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - Anar Nağılbazın anası -VİDEO
12 may 2025 , 15:29
Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33