Rəqqasə Fatimədən xalq artistinə: “Bu, haqsızlıqdır”
T.Muradova deyib ki, Fatimə xoreoqrafik təhsilə malik olmadığı üçün onu tam professional hesab etmir. Xalq artisti rəqqasə Məryəm Süleymanovanı peşəkar hesab etdiyini söyləyib.
Rəqqasə Fatimə Lent.az-a açıqlamasında peşəkar rəqqasənin fikirlərinə münasibət bildirib: “Azərbaycan İncəsənət Universitetinin xoreoqrafiya fakültəsinin məzunuyam. Yəni, Fatimə diplomlu rəqqasədir. Təranə xanıma həmişə hörmətlə yanaşmışam. Çünki o, peşəkar rəqqasədir. Ola bilər, Təranə xanım mənim İncəsənət Universitetində 4 il təhsil aldığımdan xəbərsizdir. Heç vaxt qalmaqallara üstünlük verməmişəm. Ona görə də çox vaxt susmuşam. Ancaq düşünürəm ki, bəzən susmaq mənim rəqqasə olaraq, imicimə xələl gətirir. 15 ildən artıqdır ki, professional səhnədəyəm. Heç vaxt da özümü tərifləməmişəm. Qaldı mənim bu gün rəqqasə olaraq peşəkarlığıma, bu, göz qabağındadır. Bir daha xatırladıram ki, mən peşəkar xoreoqraflardan dərs almışam, bu sənəti peşəkar formada davam etmək üçün ali təhsil almışam. Ona görə də barəmdə danışanlar bir qədər diqqətli olsunlar. Məni sənətə həvəskar kimi gələnlərlə müqayisə etməsinlər. Bu, ən azı haqsızlıqdır. Çünki mən peşəkar rəqqasəyəm”.
Qeyd edək ki, bir neçə il öncə Təranə Muradova Məryəm Süleymanovanı peşəkar rəqqasə kimi qəbul etmədiyini demişdi, hətta onlar arasında ciddi münaqişə də yaranmışdı.
Lalə Yusifqızı

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01