Emin Ağalarov vədinə əməl etdi
Lent.az-ın məlumatına görə, Azərbaycanı müxtəlif illərdə təmsil edən “Eurovision” ulduzlarımız Elnur Hüseynov, Samir Cavadzadə, Aysel Teymurzadə, Səfurə Əlizadə, Eldar və Nigar da Eminlə birlikdə həmin gün səhnəyə çıxıblar.
Tədbiri şoumen Murad Dadaşov aparıb. Konsertin ilk səhnə çıxışı Elnur və Samirin olub. Qeyd edək ki, hər iki ifaçının çıxışları son gün proqrama daxil edilib. Emin onları şəxsən tanımadığı üçün konsertinə çağırmayıb. Konsertdən öncə Eminin mətbuat konfransında jurnalistlərin xahişindən sonra müğənni onları da konsertə dəvət edəcəyinə söz verib və vədinə əməl edib.
Elnur və Samirin çıxışları böyük alqışa səbəb olub.
Elnur və Samirdən sonra rəqs qrupunun müşayiəti ilə Səfurə Əlizadə səhnəyə çıxıb və üç mahnı oxuyub. Növbəti ifa Aysel Teymurzadənin olub və o da üç mahnı oxuyub.
“Eurovison-2011” qaliblərimiz Nigar və Eldarın çıxışları da maraqla qarşılanıb. Tamaşaçılar “Running scared”i onlarla birlikdə oxuyub.
Emin Ağalarovun səhnə çıxışı isə unudulmaz olub. İki saata yaxın davam edən konsert proqramında gənclər coşğulu anlar yaşayıblar. Fanatlar və musiqisevərlər gecə boyu rəqs ediblər və bütün mahnıları Eminlə bərabər oxuyublar.
Emin Ağalarov da öz növbəsində tamaşaçılarından razı qalıb.
Müğənni atasının əməliyyat olunması ilə bağlı xəbərə aydınlıq gətirib və narahatlıq üçün səbəb olmadığını deyib: “Atam futbol oyununda ayağından yüngül zədə alıb və əməliyyat olunub, indi yaxşıdır, narahatlığa səbəb yoxdur”.
Lalə Yusifqızı

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01