Bitən inqilab, pul naminə “qulaq yemi” və “akulaların” dönüşü – ARAŞDIRMA
On dördüncü söhbət
Son söhbətlərimizdə rok-n-rollun iki cavan ulduzu - Baddi Holli və Eddi Kohrenin qısa, lakin hadisələrlə dolu həyatlarının faciəvi sonluğundan söz açmışdıq. Əslində ötən əsrin 50-ci illərinin nəsli bu hadisələri misilsiz bir faciə kimi qəbul edir, onun sarsıntısından heç cür özlərinə gələ bilmirdilər. “Amerikan Pie” jurnalında Don Maklin Baddi Hollinin təyyarə qəzasına düşdüyü günü “Musiqinin Ölüm günü” adlandırırdı və həmin dövrdə rok dəlisi olan gənclərin yaşadığı hissi onun bu maksimalist qiymətləndirməsi tam miqyası ilə əks etdirir. Təbii ki, bir musiqiçinin ölümü ilə düşüncələrdə bu boyda təbəddülat yaratmış, yeniyetmə və cavanların dünyaya baxışını dəyişmiş rok-n-roll boyda hadisə ölə bilməzdi. Amma əgər ürəyiniz istəyirsə, 1959-cu ilin 3 fevralını məhz belə yadda saxlaya bilərsiniz, çünki artıq 1960-cı ildə “Əlahəzrət Rok-n-Roll” həqiqətən öldü...
Vaxtsız ölüm
Onun belə cavan öləcəyini kimsə gözləməzdi, amma bu ölümün də bir sıra obyektiv və subyektiv səbəbləri vardı. Gəlin, ötən söhbətlərimizdə, rok-n-rollun müxtəlif simalarından söhbət açarkən bəhs etdiyimiz hadisələri bir də yada salaq, çünki məhz bu xatırlatma çox şeyi izah edəcək:
Baddi Holli təyyarə qəzasında həlak olur, ondan az sonra Eddi Kohren ölür...
1959-cu ildə Elvis Preslinin qarşısını kəsmək üçün heç bir yol tapmayan irticaçılar onu öldürmürlər - orduya yollayırlar və iki ildən artıq səhnədən uzaq qalan “Rok Kralı” əsgərlikdən dönəndə tamam başqa adam olur...
Cerri Li Lüis azyaşlı qohumuyla ailə qurduğu üçün mətbuat tərəfindən əməlli başlı terrora məruz qalaraq kölgəyə çəkilməyə vadar olur və təbii ki, səhnəyə həsrət qalır...
Littl Riçard ruhiyyəsindəki qəribə, anlaşılmaz təbəddülat nəticəsində musiqinin daşını ataraq dinə, ibadətə başlayır və o da rok-n-rolldan uzaqlaşır...
Bill Heyli uzun təzyiqlərə davam gətirməyib kantri janrına keçir...
Yalnız ilk rok şairi sayılan Çak Berri azadlıq uğrunda mübarizəsini davam etdirirdi. 1959-cu ildə onu azyaşlı bir qızla cinsi əlaqəyə girdiyinə görə məhkəməyə cəlb edirlər. Düz iki il davam edən proses bitərkən ona iki il həbs cəzası kəsirlər və bu ulduzun da parlaq sənət yoluna dörd illik məcburi fasilə yazılır...
Bir sözlə, artıq 1960-ci ilin əvvəlləri üçün rok-n-rollun bütün parlaq simaları bu və ya digər səbəbdən səhnədən təcrid olunmuşdular. Və bunun məntiqi nəticəsi kimi, neçə illərdən bəri mühafizəkar cəmiyyətin rahatlığını, sabaha əminliyini pozan Rok-n-Roll öldü...
İndi musiqi dünyasında yeni era - Pop erası başlanırdı.
Kommersiya məqsədli musiqi
Beləliklə, Rok-n-Roll öz yerini pop-musiqiyə verərək getdi...
Yaxşı, bəs pop özü nədir? Əslində gənclərin musiqisini bütün böyüklər, cəmiyyətin bütün az məlumatlı təbəqələri məhz belə adlandırır. Bu işdə mühafizəkar musiqi tənqidçilərinin, jurnalistlərin də rolunu danmaq olmaz.
Mən də söhbətlərimizdə məhz bu termindən istifadə edəcəyəm. Amma bir çoxlarından fərqli olaraq mənim ürəyimdən xəbər verən musiqi tarixçisi Ceremi Paskalın bölgüsüdür.
Ceremi Paskal “Pop” deyərkən rok-n-rollun ölümündən “The Beatles” qrupunun yaranmasınadək hit-paradlara başçılıq edən musiqi nümunələrini nəzərdə tutur. Təbii ki, arasında çox müxtəlif cərəyanları təmsil edən həmin mahnıları bir ad altında toplamaq cəhdinin özü də qüsurludur və məsələyə nisbi aydınlıq gətirmək üçün popla rok-n-roll arasında nə fərq olduğunu oxuduqlarım, bildiklərim əsasında yüngülvarı araşdırmağa zəruriyyəti var.
Rok-n-roll nə idi
Rok-n-roll qəribə, öz-özünə yaranan, təbii musiqi idi. O gənclərin şüuruna qəflətən, özü də tam qeyri-iradi daxil oldu. Öz məzmunu, forması və təqdimat tərziylə bütün şərtilikləri inkar edən, bütün stereotipləri dağıdan bu musiqini insanların iradəsindən asılı olmayaraq baş verən təbiət hadisələrinə bənzətmək olar. O dövrün populyar musiqisinin bir növ qibləgahı olan Tin Pan Alleyi kökündən sarsıtdı rok-n-roll. İctimai zövqlə manipulyasiya edən, onu istədikləri səmtə yönəltməyi çoxdan öyrənmiş səsyazma şirkətlərini, nəşriyyatları şoka saldı rok-n-roll. Bu kobud, “qiyamçı”, “tərbiyəsiz” musiqi heç kəsin planında yox idi...
Elə bu səbəbdən də onu düşmən ünsür kimi qarşıladılar və düşdükləri şokdan bir müddət çıxa bilmədilər. Amma yavaş-yavaş onlar bu təzə musiqinin də çəmini tapdılar və bir müddət sonra layiqli cavab zərbəsinə artıq hazır idilər.
“Akulalar” ovdadır
Ötən söhbətlərimizdə qeyd etdiyimiz kimi, musiqi industriyasını əllərində saxlayan qüvvələr əvvəlcə qaradərililərin musiqisini solğunlaşdırmağa çalışır, onları səliqə-sahmanlı ağdərili ifaçılara oxutdururdular. Amma bu elə bir uğur gətirmədi - məqsədə doğru inamla gedən zəncilər öz vallarını milyonluq tirajlarla bazara çıxarmağa müvəffəq olurdular. Şou-biznes valların satışına nəzarət edə bilmirdi, tineycerlərdə təzahür edən zövqü formalaşdırmaqda tamam aciz idi. Əvəzində bazarın tamam başqa sahəsi - media vasitələri onların tam nəzarətində idi. Şou-biznes “akulaları” televiziya və radio efirinə diktə edə bilirdi. Kino industriyası onların tam nəzarətində idi. Və onlar musiqi bazarında əldən verdikləri mövqeləri tədricən təzədən qazanmağa başladılar...
Bunu necə həyata keçirdiklərini Elvis Preslinin simasında çox aydın görmək olar: televiziya verilişlərində Elvisi yalnız qurşaqdan yuxarı göstərirdilər və dəlilləri bu idi ki, bu müğənninin beldən aşağı hissəsində baş verənlər ailəvi baxış üçün deyil. Onun qara gödəkcəsini və çəhrayı şalvarını çıxarıb, əyninə smokinq də geyindirdilər...
Elvisin kino debütü çox uğurlu idi. Zahiri görünüşünə görə, o, görkəmli aktyor da ola bilərdi, ən azından yaratdığı ekran obrazlarıyla yadda qalardı. Onun çəkildiyi ilk dörd film çox uğurlu idi. Əslində o ekranda özünü oynayırdı. Amma ordu sıralarında qulluq hər şeyi dəyişdi. Əsgərlikdən qayıdandan sonra Elvis mübarizə üçün özündə güc tapmadı və onun üçün şou-biznesin hazırladığı obrazın çərçivələrinə girməyə məcbur qaldı. O vaxtdan etibarən kino ekranlarından artıq Elvisin özü deyil, oynadığı obrazlar baxırdı...
Disk industriyasında da təxminən eyni hadisələr baş verdi... 50-ci illərin axırlarında şou-biznes “akulaları” anladılar ki, tineycerlər onlara böyük pullar qazandıra bilər və bu bazarı bir ovuc həvəskarın əlinə vermək olmaz. Onlar riskə yol vermək istəmirdilər. Yeniyetmələri ürkütmədən uğur qazanmaq üçün bir formul lazım idi: imic - saund - üslub. Əgər bütün bu komponentləri dəqiq hesablayıb ölçülü-biçili hərəkətlərlə radiodan, televiziyadan təqdim etsən, uzunömürlü hitlər yarada bilərsən...
Pop erası
Bax, pop-un mahiyyəti elə bundadır. Pop - gənclərin soyuq beyinlə formalaşdırdığı musiqisidir. Bu musiqi yalnız kommersiya, pul qazanmaq üçün yaranmışdı. İçdən gəlmədiyindən rok-n-rolla heç bənzəməyən musiqi. Ceremi Paskalın bir gözəl ifadəsi də var: “Pop rok-n-roll tərinin dezodorantıdır...”
Amma bu heç də o anlamda deyil ki, rok-n-rolldan sonra və “Beatles”ədək nə olubsa, hamısı zir-zibil imiş. Hərdən bu musiqinin arasında da gözəl nümunələr olurdu, amma onların əsas hissəni tamaşaçıya necə deyərlər, “qulaq yemi” kimi sırıyırdılar və bazarda daha maraqlı şeylər olmadığından sırınanlar qəbul edilirdi...
Pop-la pul az qala, sinonimdir. Bu biznes idi. Pop rok-n-rollun təbii dəliqanlılığı ilə 60-ci illərdə yaranan, rokun incəsənət ola biləcəyi haqda təhtəlşüur hissiyyat arasındakı dövrdə hakim olub. Və özüylə Filadelfiya saundunu, rəqs musiqisinin qızğın dövrünü, skiffl-bum, tred-bum, Britaniya rok-n-rollu kimi təzə anlayışlar gətirdi...
Bütün bunlar barədə hələ danışacağıq...

705