Sibel Canın «Cip»i müsadirə edilib
02 noyabr 2012 07:40 (UTC +04:00)

Sibel Canın «Cip»i müsadirə edilib

Tanınmış müğənni Sibel Can sürdüyü «Cip»lə bağlı ifadə vermək üçün İstanbul polisinə çağırılıb.

Lent.az-ın Türkiyə «NTV» telekanalına istinadən məlumatına görə,Əmniyyət müdürlüyünə ifadə vermək üçün gəldiyini deyən S.Can bildirib:«Bu «Cip»lə bağlı əməniyyətə gəldim. Bu avtomobili 2009-cu ildə almışam. Hər şeyi tam olaraq, alınıb. Vergisi ödənib. Uzun aradan sonra belə bir məsələ ilə qarşılaşmaq doğrusu məni şaşırtdı».

««Cip»iniz gömrük qaçağımı» sualına cavabında,o, belə deyib:«Elə bir şey yoxdur. Bütün işlərimiz yerindədir. Qeydlər də bunu təsdiqləyir».

Sənədlər araşdırıldıqdan sonra onun «Cip»i müsadirə edilib. İfadə verdikdən sonra qəzetçilərə müsahibəsində Can deyib:«mən elə bilirdim ki, maşınım 2009-cu ilin modelidir. Ancaq 2008-ci ilin imiş. Avtomobil Amerikanın Şimalında bir əyalətdə tıxacda ortaya çıxıb. İkinci əl araba imiş, sıfır deyilmiş. Mən bu məsələdən xəbərsizəm.Çoxları mənim kimidir.Bütün sənədləri qaydasındadır. Ancaq bizim anlamadığımız məsələlər də var».

İstanbul Narkotik Qaçaqalçılığına qarşı mübarizə idarəsinin əməkdaşları Türkiyəyə saxta yolla gətirilən 300 belə avtomobili axtarır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2056

Oxşar yazılar