Əkiz bacılardan “Sev məni”
0
0
Əkiz bacılar Sevinc və Sevildən ibarət “S Twins” qrupu “Sev məni” adlı mahnısına çəkdirdikləri klipi təqdim ediblər. Məhəbbətdən bəhs edən mahnının musiqisi Cəmil Məmmədliyə aiddir. Klipin rejissoru gənc müğənni Roza Zərgərlidir. Əkiz bacıların obrazları üzərində isə stilist Badamxanım Yusifzadə işləyib.
Təqdimata Sevil və Sevinci təbrik etmək üçün müğənnilər Samira Allahverdi, Zarina Məmmədova, Günay İbrahimli, Yaşar Yusubov, Elvin Abdullayev, prodüserlər Kənan Bayramov, Təranə Səmədova və başqaları qatılıblar.
Yalçın Süleymanov