
Pişik Günel qadağalı toydan danışdı
0
0
“Pişik Günel” ləqəbli müğənni Günel Ələkbərova ailə qurmağa hazırlaşdığı və toyunun mətbuat üçün qapalı keçiriləcəyi barədə xəbərlərə aydınlıq gətirib. Lent.az-a açıqlama verən müğənni bu xəbərlərin əsassız olduğunu vurğulayıb: “Bu, mənim şəxsi həyatımdır. Bu barədə danışmaq istəməsəm də, mənə çox sual verirlər. Ailə həyatı qurmağa hazırlaşdığımı yazırlar. Bu, yalandır. Əgər belə bir şey olsa, mən bu xoş günümə ilk növbədə medianı dəvət edəcəyəm. Digər müğənnilər kimi qadağalı toy etməyəcəyəm. Bu məni sevməyənlərin şayiələridir. Şəxsi həyatımın müzakirə obyektinə çevrilməsini istəmirəm”.
Yalçın Süleymanov
Yalçın Süleymanov
0
0