Xanım Qafarova: “Müğənnilərin 90 faizi sünidir”
29 oktyabr 2012 19:43 (UTC +04:00)

Xanım Qafarova: “Müğənnilərin 90 faizi sünidir”

0
Azərbaycanın əməkdar artisti, Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarova müğənnilərin aktrisalığını kəskin tənqid edib. Bu barədə Lent.az-a danışan aktrisa bildirib: “Müğənnilərin aktrisalığını hər kəs normal qarşılayır. Ancaq aktrisaların müğənnilik etməsini normal qarşılamırlar. Dünyada bu cür yanaşma yoxdur. Biz xarici şou-biznesə baxsaq, görərik ki, aktrisanın müğənniliyi, müğənninin isə aktrisalığı normal qarşılanır. Azərbaycanda müğənnilərin aktrisalığı məni qane etmir. Kamera önündə müğənni kimi oynamaq başqadır, aktrisa kimi başqa. Müğənni hər hansı bir rolu süni oynadığı dərhal bilinir. Deyərdim ki, müğənnilərin 90 faizi sünidir. Gərək müğənnilər aktrisalığı öyrənsin, daha sonra hər hansı bir teleserialda rol alsınlar”.


Aktrisa özünün müğənnilik fəaliyyətindən də danışıb: “Məni müğənniliyimə görə el məclislərinə çox dəvət edirlər. Yeni mahnılar ifa etmək üçün isə pul verib bəstəkardan mahnı almaq lazımdır. Buna mənim imkanım yoxdur. Ona görə də xalq mahnılarını yazdırmağı düşünürəm”.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2453

Oxşar yazılar