Kruzdan qızı ilə bağlı  50 milyonluq iddia
25 oktyabr 2012 07:22 (UTC +04:00)

Kruzdan qızı ilə bağlı 50 milyonluq iddia

Məşhur Holivud artisti Tom Kruz iki tanınmış nəşri məhkəməyə verib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, qızını atdığı haqda informasiya ilə bağlı onlara qarşı 50 milyon dollarlıq iddia qaldırıb.

Söhbət «Bauer Publishing» nəşriyyatının «In Touch» və «Life & Style» adlı jurnallarından gedir. Həmin jurnallarda aktyorun qızı Surinin fotosu dərginin üz qabığında, «Atasının atdığı» şəkilaltı yazısı ilə yerlərşdirilib

«Tom qayğıkeş atadır və Surini sevir. O, onun həyatının ən vacib hissəsidir və həmişə belə olacaq. Vicdansızcasına onu atdığını deyirlər. Bu yalandır. Surinin ağlayarkən fotosunu çap etmək isə bu insafsızlıqdır» - deyə, aktyor Bert Filds bildirib.

Kruzun təmsilçisinin sözlərinə əsasən, məhkəməni udsalar , o zaman əldə edilən pulun hamısı xeyriyyə məqsədi ilə xərclənəcək. Tom Kruz 6 yaşlı Surinin anası Keti Holmsdan avqustada boşanıb. Ondan başqa Hollivud ulduzu aktrisa Nikol Kidmanla ailəli olan zaman İzabella Ceyni Kruz və Konnor Entoni Kruzu övladlığa götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar