Əməkdar artist Mətanət İsgəndərli qəribsəyib
24 oktyabr 2012 19:46 (UTC +04:00)

Əməkdar artist Mətanət İsgəndərli qəribsəyib

0
Əməkdar artist Mətanət İsgəndərlinin şeir yazdığı məlum olub. Lent.az xəbər verir ki, Mətanət İsgəndərli Azərbaycandan kənarda yaşadığı vaxtlarda Vətənə aid şeir yazıb. O, yazdığı şeiri bəstəkar Elçin İmanova təqdim edib. Lent.az-a açıqlama verən Elçin İmanov bunları deyib: “İlk dəfə Mətanət xanım mənə şeiri təqdim edəndə çox təsirləndim. Şeir çox xoşuma gəldi. Artıq bu şeirə musiqi də bəstələmişəm. Yaxın günlərdə əməkdar artist bu mahnını ifa edəcək”.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3286

Oxşar yazılar