Gənc müğənnimiz “Kader utansın”ı təqdim etdi
Gənc müğənni Zarina Məmmədova türkiyəli həmkarı Ümid Sayınla oxuduğu “Kader utansın” adlı mahnısının klipini təqdim edib. Lent.az-ın məlumatına görə, türkiyəli rejissor Kamal Başbuğun çəkdiyi klipinin təqdimatında Ümid Sayın Azərbaycanda olmağından məmnunluğunu dilə gətirərək bildirib: “Bu mahnını Zarina Məmmədova ilə oxumağıma səbəb onun geniş səs imkanlarının olmasıdır. Əminəm ki, bu duetimiz ona uğur gətirəcək. Türkiyə şou-biznesinə qoşulmaq istəsə, ona kömək etməyə hazıram”.
Bildirilib ki, aranjemanı Gürsel Çelikə məxsus olan “Kader utansın” dueti Zarinanın Türkiyədə işıq üzü görən “Dəlilik” adlı ilk albomunda da yer alıb.
Sonda Zarina Məmmədova yaradıcılığı ilə bağlı daha bir yeniliyi təqdim edib. Belə ki, müğənni sözləri Baba Vəziroğluna, musiqisi isə Kamala məxsus olan "Ad günüm" adlı mahnısına Türkiyədə klip çəkdirib. Həmin klip də təqdim olunub. Tədbir Zarina Məmmədova və Ümidi Sayının solo ifaları ilə yekunlaşıb.
Yalçın Süleymanov

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34