
Yeni baba olan müğənni “Axtarma məni” dedi
0
0
Tanınmış müğənni İlqar Sail yaradıcılığında olan yeniliklərdən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib: “Uzun müddətdir ki, efirlərdə az görünürəm. Bunun səbəbi artıq bir aya yaxındır, nəvəmin dünyaya gəlməsidir. Artıq baba olmuşam. Çox gözəl hissdir. İndi isə diqqətimi yaradıcılığıma işlərimə yönəltmişəm. Musiqisi Nadir Əzimova aid, sözləri Vaqif Ocaqlıya aid olan “Axtarma məni” adlı yeni bir mahnını ifa etmişəm. Bu mahnıya klip çəkdirməyi düşünürəm”.
Yalçın Süleymanov
Yalçın Süleymanov
0
0