Azərbaycanlı bəstəkar: “Sevimmi, sevməyimmi?”
22 oktyabr 2012 17:13 (UTC +04:00)

Azərbaycanlı bəstəkar: “Sevimmi, sevməyimmi?”

Azərbaycanın tanınmış bəstəkarlarından Gövhər Həsənzadə yaradıcılıq işlərindən danışıb. Bu barədə Lent.az-a danışan bəstəkar bildirib: “Bir müddətdir, başım qarışıq idi. Bu həftədən yaradıcılıq işlərimə təkan vermişəm. Artıq yeni “Sevimmi, sevməyimmi?” adlı mahnımı Elnur Məmmədov ifa edib. Bu mahnının musiqisi mənə, sözləri isə Fərhad Şabranlıya aiddir. Lirik mahnıdır. Mahnının aranjemanı da hazırdır. Lakin bu mahnını notlarının yenidən ifa olunması üçün Türkiyəyə göndərəcəyik. Orada Türkiyənin tanınmış “Yayla” orkestri canlı alətlərdə bu mahnını ifa edəcək, daha sonra bu mahnı tam hazır olacaq”.


Bəstəkar Gövhər Həsanzadə bildirib ki, ötən gün Azərbaycanda qonaq olan Türkiyənin tanınmış sənətçisi Səlami Şahinlə birgə işləyəcək: “Biz Səlami bəylə Azərbaycanda görüşdük, işbirliyi barədə razılaşdıq”.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2013

Oxşar yazılar