Türkiyəli müğənni Bakıdadır –
Türkiyəli sənətçi, bəstəkar-müğənni Ümid Sayın Azərbaycandadır. Lent.az-ın məlumatına görə, o, Azərbaycana müğənni Zarina Məmmədovanın dəvəti ilə gəlib. Ötən gecə Bakıya gələn türkiyəli qonaq klip təqdimatına qatılacaq. “Kader utansın” mahnısını Zarina ilə duet şəklində ifa edən Ümid Sayın hava limanına toplaşan jurnalistlərə açıqlama verib: ““Kader utansın” mahnısı illər öncə Aşkın Nur Yenginin ifasında səslənib. Qeyd etmək lazımdır ki, Zarina bu mahnını Nur Yengidən daha yaxşı oxuyub. O, çox istedadlıdır. Onunla duet oxuduğuma peşman deyiləm və ümidvaram ki, hazırlaşdığımız təqdimat yüksək səviyyədə keçiriləcək”.
O, bildirib ki, Zarinanın “Dəlilik” albomu Türkiyənin ən iri mağazalarında satılır.
Qonağını hava limanında şəxsən özü qarşılayan Zarina da Ümid haqda fikirlərini bölüşüb: “Ümid Sayın kimi bir peşəkarla çalışmaq mənim üçün böyük şərəfdir. Ona şəhərimizin ən gözəl və tarixi məkanlarını da nümayiş etdirməyi planlaşdırırıq”.

Oxşar yazılar

Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24
Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46