Rəqsanə: “Aysuna demişəm ki, soğan-çörək ye, ancaq yanında həyat yoldaşın olsun” – MÜSAHİBƏ –
Başı qalmaqaldan ayrılmayan Rəqsanə İsmayılovanın Lent.az-a müsahibəsi
- Uzun müddət Moskvada qaldınız. Məhkəmə prosesi bitmədən ölkədən kənarda olmağınız birmənalı qarşılanmadı...
- Əvvəla, bu məhkəmədə zərərçəkmiş tərəf mənəm. Ona görə də mənim heç bir prosesdən qaçmaq, yayınmaq fikrim belə yoxdur. Ciddi problemim olsaydı, mən ölkəni tərk edə bilərdim? Özbaşınalıq deyil ki. Mən gömrükdən keçirəm. Gizlənmirəm, heç yerə qaçmamışam. Qoy araşdırılsın. Kimin səhv-düz olması axırda bəlli olacaq.
- Eyni zamanda sizə qarşı da ittihamlar irəli sürülüb...
- Mənim barəmdə cinayət işi açılmayıb. Cinayət işi fakt üzrə açılıb. Bu da nəyə görə oldu? Bir il bundan öncə mən “Mercedes” markalı avtomobilimlə qəzaya düşdüm. Ona görə həmin adamlar iddia etdilər ki, mənim onlara 250 min dollar borcum var. Guya ki, mən dələduzam. Amma qəza, bədbəxt hadisə olanda dələduzluq faktından söhbət gedə bilməz. İkinci tərəfdən isə Təranənin iddiası var. Guya mənim ona da borcum var. Təranə həyatında indiyədək 27 min dollar nədir görməyib. Belə çıxır ki, o müğənni olub, mən prodüser. Bunun da səbəbi belədir. Dəqiq yadımdadır, 2010-cu ildə mən Moskvadan Bakıya gəldim. Həmin vaxt o gədələr heç Təranənin yanında yox idi. Təranənin uşağının ad gününə gəldik. Musiqiçilərin puluna qədər mən verdim. O vaxt Röyanın uşağının məclisi olmalı idi. Biz ora yığışdıq. Təranə ağladı ki, niyə Röya tədbiri mənimlə eyni vaxta salıb. Ora gedənlər mənim ad günümə gəlməyəcəklər. Mən dedim ki, onsuzda sizin fərqli ətrafınız var. Elə də oldu. Təranənin uşağının ad gününü qeyd etdik. Mən məclisi apardım. Sona qədər orada olduq, gəldim evimə. Onun məclisində elə önəmli qonaqlardan kim var idi ki, ora o qədər pul yığılsın? Həm torpaq məsələsi, həm bu pullar Təranənin qurduğu oyunlardır.
- Məhkəmənin başa çatmağına az qalıb. Nəticəni necə gözləyirsiniz?
- Onlar iddia edir ki, guya mən öz dələduzluğumu gizlətmək üçün onları məhkəməyə vermişəm. Əslində isə mən onları bir il öncə məhkəməyə vermişəm. Dövlət orqanlarına müraciət edib, kömək istəmişdim. Həmin oğlan “banditizmdə” 3 gün saxlanıldı. Onlar elə düşünür ki, sonda bəraət alacaqlar. Onu bilmək olmaz. Bu, heç vaxt ola bilməz. Öz çirkin niyyətlərini həyata keçirmək üçün hər cür yalana, böhtana əl atanlar bəraət ala bilməz. Yanlarına iki qadını alıblar - biri Təranə, biri isə vaxtı ilə məndən kömək istəyən Lalə. Oğlanın atası və daha iki yaşlı kişi. Özləri həyatda günah etdikləri bir yana, hələ pulla adamlar da tutublar ki, məhkəmədə mənim üzümə dursunlar. Hakim prosesdə mənə dedi ki, Rəqsanə xanım, siz zərərçəkmiş şəxsiniz. Prosesdə qala da bilərsiniz, gedə də. Mən də dedim ki, mən onların artıq günahlarını çiynimə yük eləmək istəmirəm. Qoy Allah özü bağışlasın onları. Mən tərk etdim məhkəməni. Mən dövlət orqanlarına müraciət etmişəm. Demirlər, Rəqsanə günahkardır? Qoy sübut etsinlər. Fakt qoysunlar ortaya.
- Sizcə, onların məhkəməyə təqdim etdikləri faktlar əsassızdır?
- Onlar ortaya bir kaset çıxarıblar. Buna da mən aydınlıq gətirim. Deməli, mayın 24-də bunlar tərəfindən mən bərk döyülmüşəm. Həmin vaxt da Xızıda önəmli bir şəxsin toyunda iştirak etməli idim. Ona görə də makiyaj edib, məclisə qatıldım. İndi Təranə həmin məclisin toy kasetini məhkəməyə gətirib deyir ki, Rəqsanə yalan deyir, döyülməyib. Baxın, həmin vaxt toyda idi. Onlar elə bilir ki, Rəqsanə heç nə bilmir. Mən araşdırmışam. Bu şəxslər ölmüş adamın kimliyi ilə nömrə alıblar. Təranənin evində “Odnoklassniki” və “Facebook”da Aysuna səhifə açıblar. Görün, bunlar hansı yollara əl atırlar və necə abırsızdırlar? Mən bütün sirləri açıqlaya bilmərəm. Sonda deyəcəyəm. Elə bilirlər ki, mən onları rahat buraxacağam. Qətiyyən! Həyatı boyu! Mən çox bağışlamışam. Onlar üçün çox şeylər etmişəm. Həmin Faiq Azayev polis orqanlarında serjant işləyib. Sonra isə işdən qovulub. Qardaşı Fəridə dəfələrlə töhmət verilib. Bir dəfə onun işə qayıtmasına görə isə Rəqsanə xanım yardımçı olub.
- Ananız da məhkəmədə ifadə verməkdən boyun qaçırıb...
- Anam mənim döyülməyimi görüb. O, şahid qismində məhkəmədə ifadə verib. Mən onu 4 dəfə məhkəməyə qoymadım. Anam şəkər xəstəsi olduğu üçün istəmədim əlavə həyəcan keçirsin. Onlar da tərbiyəsiz insanlardır. Nə danışdıqlarını bilmirlər. Ona görə demişəm ki, anam polisin müşayiəti ilə gəlib-gedəcək. Onlar məhkəmədə özlərini apara bilmirlər. Mən özüm istədim ki, anamı polis aparıb-gətirsin. Anamdan başqa bacım oğlu, həyətimdəki mühafizəçilər də ifadə verib.
- Siz deyirsiniz ki, onlar qızınızın açıq-saçıq şəkillərini icazəsiz yayıblar. Axı sonradan Aysun özü o pozalardan heç də geri qalmayan şəkilləri ilə gündəmdə oldu...
- Təqdimatdan çox şey asılıdır. Təranədə olan şəkillərdə Aysun uşaqdır. Şəkildə durmaq pozaları var. Aysun özü üçün evdə müxtəlif pozalarda şəkil çəkdirmişdi (pozanı göstərir). Amma ondan sonrakı şəkillərdə mən onun yanındayam. Məsələ ondadır ki, onlar şəkilləri “Odnoklassniki” və “Facebook”da paylaşaraq “Mən müğənni Rəqsanənin qızıyam”, nə bilim nələr və tərbiyəsiz sözlər yazıblar. O, şəkillərlə bu şəkillər arasında eşşək və dəvə qədər fərq var. Mən bu gün Təranənin körpəsi haqqında heç nə danışmaram. Mən anayam, bunu heç vaxt etmərəm. İnsanın davası varsa, özü etsin.
- İndi qızınız da sizin qədər gündəmdədir...
- Mən Aysunu şou-biznesə qatmaq istəmirəm. Mən istəyirəm ki, o, modelyer olsun. Uşağımın ona marağı var. O, müğənni olmayacaq ki, deyim, gedib restoranlarda çıxış edəcək, proqramlara gedəcək. Sadəcə olaraq, mən Aysunu xanım-xatın, tərbiyəli, savadlı bir qadın kimi cəmiyyətə təqdim edəcəyəm. Ona görə də onu Moskvada 6 aylıq kursa qoydum. Bu sahəni peşəkar öyrənməyə başlayıb. Çünki uşağımın marağı hədsiz böyükdür.
- Aysun sizin etdiyiniz səhvləri təkrarlayarsa...
- Mən uşağıma qarşı çox qəddar insanam. Bunu məni tanıyanlar bilir. Mənim uşağım Bakıda evdən çöl üzü tanımırdısa, orada da elədir. Moskvada onun sürücüsü, məktəbə aparıb gətirəni, evdə çalışanı var. Məktəbə gedib, evə gəlir. Yalnız mənim yanımda gedib-gəlir. İstəmərəm ki, onun səhv addımı olsun və ona mənfilik gəlsin. Həyatda canımı verərəm, amma övladlarıma heç kimin toxunmasını istəmərəm. Onlara toxunanı məhv edərəm. Mən Aysuna demişəm ki, soğan-çörək ye, ancaq yanında həyat yoldaşın olsun.
- Rəqsanə xanım, həmkarlarınız sizi əyalət müğənnisi adlandırırdılar...
- Bir vaxt var idi, insanlar özləri qalmaqal salırdılar ki, gündəmdə qalsınlar. Mən hər zaman nə var, onu demişəm, heç kimdən, heç nədən çəkinməmişəm. Mən indi istəmirəm, sənət dostlarımla problem, inciklik olsun. İstəyirəm ki, normal münasibətdə olum. Hazırda mən sağlam insanlarla çalışdığım üçün çox rahatam. Səbinə, Zəminə ilə çalışdığım üçün heç bir çətinliyim olmur. Proqramlaşdırılmış şəkildə olur. Qızım Yağmuru çox vaxt görə bilmirəm. Amma bu problem də həll olunacaq. Qaldı ki, elə deyənlərə... Onu deyənlərin hamısı toylarda mənim mahnılarımı ifa edirlər. Azərbaycan xalqının elə bir məclisi ola bilməz ki, mənim mahnım orada sifariş verilməsin. Bu, mənim uğurumdur. Məni sevən Azərbaycan xalqıdır. Bugünkü gündə bir ayın 20 günündə mən onların məclisində oluram.
- Sizin dediyiniz xalqı sizin etdiyiniz əməliyyatlar, yaşadığınız qalmaqallar maraqlandırır...
- Bilirsiniz bu nədən irəli gəlir? İnsanları biz elə şeylərə alışdırmışıq. Bunu belə qəbul edirlər. Efirə çıxan kimi deyirlər ki, Rəqsanə xanım siz sadəsiz, siz heç bir sözü gizlətmirsiniz. Tənqidi qəbul etmək lazımdır. İnsanı hamı istəyə bilməz. Qısası, mən tamaşaçılarımdan razıyam.
- Bəs nə vaxtacan Rəqsanənin sənətindən çox özü müzakirə olunacaq?
- Bütün müğənnilərin oxumasından çox, şəxsi həyatları maraqlıdır. Amma bir məqamı da deyim sizə. Ötən dəfə Türkiyənin tanınmış bir modelyeri Azərbaycanda mənim haqqımda xoş sözlər söyləyib. O, məni heç tanımır. Həmin modelyerə 10-a yaxın xanım müğənnimizin şəkilini göstəriblər. O da qiymət verib. Ən zövqlü müğənni kimi məni göstərib. Yəni, mən belə də seçilirəm.
- Elə uğurunuz olubmu ki, onu Azərbaycan estradasına verdiyiniz töhfə kimi qiymətləndirəsiniz?
- Mənim estradada öz dəsti-xəttim, yolum var. Özümü tanıtdırmışam. Tanındığım 5 il müddətində 8 min adamı konsertimə toplamışam. Moskvada, Sankt-Peterburqda minlərlə insanın qarşısına çıxmışam. Orada Polad Bülbüloğlu çıxış edərək haqqımda xoş sözlər söyləyib. Bunu hər adam verə bilər? Mən 1 il efirdə olmayım, heç vaxt yaddan çıxmaram. İstər-istəməz hamı maraqlanır, axtarır. Şou-biznesdə mənim öz publikam var. İnsanlar məni ürəyim istəyən kimi qarşılayırlar. Hamı məni sevir. Heç kəsdən də incikliyim yoxdur.
- Yaşadığınız bu olaylara görə peşmanlıq çəkdiyiniz anlar çoxmu oldu?
- Mən həyatda elə bir adamam ki, insana tez bağlanıram. Mən fikirləşmirəm ki, o insan mənim evimə hansı niyyətlə gəlib. Çalışdığım qədər kömək edirəm. Mən Təranəni bir dəfə bağışladım. Gərək bağışlamayaydım. Həyatda bir insan tərəfindən səhv olursa, deməli həmişə səhv edəcək. Təranə o oğlanları mənə görə tanıyıb. Kaş heç tanımazdım. Mən o şəxsləri tanıdığımı həyatımın ən peşmançılıq çəkdiyim anı hesab edirəm.
- Faiq Azayevlə də müəyyən müddət sevgi münasibətləriniz olub. Deyəsən, sizin sevgidə bəxtiniz gətirmir.
- Həyatda hər bir qadın sevib-sevilməyi bacarmalıdır. Mənim həyatda ən böyük səhvim o insanları tanımaq olub. Mən onları layiq olmadıqları şəkildə yaxşı təqdim etmişəm. Buna görə xalqdan dönə-dönə üzür istəyirəm.
- Yağmurun atası ilə münasibətləriniz necədir?
- Yağmurun atası ilə heç vaxt münasibətim pis olmayıb. Biz həmişə dostuq. İndi də çox yaxşı dost münasibətlərimiz var. Mən burda olmamışam, o gəlib Yağmuru aparıb, gəzdirib. O, çox hörmətli bir insanın qohumudur. Özünə hörmət qoyan insandır. Eləcə də hamı ona hörmət edir. Mənim onun pulunda gözüm yoxdur. Ona təşəkkür edirəm ki, Yağmur kimi bir övladı mənə bəxş edib.
- Sonra münasibətlərinizi niyə davam etdirmədiniz ?
- Mən istəmədim. O, subay bir oğlandır. Hələ də subaydır. Sadəcə olaraq istəyirəm ki, onun anası onun toyunu görsün. O, hər zaman mənə dəstək olub. Bütün problemlərimdə mənə dayaq olub.
- Bundan sonrakı şəxsi həyatınızla bağlı hansı addım atacaqsınız?
- Mən ailə qururam. Bunu ilk dəfə olaraq sizə açıqlayıram. O, burada yaşamır. Qızlarımı da qəbul edir. Hələlik nə zaman ailə quracağım haqqında heç nə demək istəmirəm. Sadəcə deyim ki, dünyagörüşü olan bir insandır. Yaşca məndən böyükdür. Hər şeyin yerini bilir. Çox qabiliyyətli bir insandır. O insandan mənə ziyan gəlməz.
- Bu yaxınlarda erotik klip çəkdirəcəyinizi demişdiniz. Onunla bağlı işlər hansı yerdədir ?
- Aranjemanların bitməsini gözləyirik. Mahnını seçib, rejissora təqdim edəcəyik. Erotik səhnələr haqqında tam açıqlama verməyəcəyəm. Klip Azərbaycan şou-biznesində ilk olacaq. İndiyədək heç kimin klipində 80-90 adam oynamayıb.
- Bəstəkarlıq etdiyinizi dediniz. Sizcə bu, bəstəkarlar tərəfindən necə qarşılanacaq?
- Yaxşı qarşılanacaq. Mənim artıq bir neçə mahnım var. Onlar arasında “Gəlmədim” mahnısı daha çox sevilir. O, mahnını atama həsr etmişdim. Elə məclis yoxdur ki, onu ifa etməyimi istəməsinlər. Bir mahnımı Türkiyəyə aranjemana vermişdim. Mənə dedilər ki, gəlin bunu Kibariyəyə verək, oxusun. Siz sonra oxuyarsınız. Mən razılaşmadım. Yəni mənim mahnım sevilir və qəbul edilir.
- O zaman bəlkə oxumayıb, mahnılar bəstələyəsiniz...
- Yox. Mən sənətimdən heç vaxt uzaqlaşmaram. Heç vaxt.

10350