Fəxriyyə Xələfova: “Rihanna məni məyus etdi”
19 oktyabr 2012 14:48 (UTC +04:00)

Fəxriyyə Xələfova: “Rihanna məni məyus etdi”

Azərbaycanın tanınmış modelyer və stilisti Bakıda konsert verən məşhur ulduzlar Cenifer Lopez, Rihanna və Şakiranın geyiminə münasibət bildiriblər. Populyar modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Lent.az-a açıqlamasında bildirib ki, hər üç ulduzun “Bakı Kristal Zal”ındakı çıxışını izləyib.

Modelyer ulduzların geyimini belə xarakterizə edib: “Cenniferin konsertinə getməzdən əvvəl hansı performansla qarşılaşacağımı təxmin etmişdim. O, qlamur müğənnidir. Müzikla uyğun geyimi və rəqsləri özünəməxsus idi. Parlaqlıq və cazibə isə həddindən artıq çox idi. Rihanna isə məni məyus etdi. Səhnəyə çıxarkən onun oğlansayağı saç düzümünü görəndə şoka düşdüm. O, saçlarını sırf oğlan kimi kəsdirmişdi. Geyimi isə 2011-ci ilin dəbidir. Etnik, folklor istiqamətinə uyğunlaşıb. Şakira, bioloji vəziyyətinə baxmayaraq xoş təsir bağışladı. Görünüşündə hədsiz kilo aldığı görünən müğənni sadə geyinmişdi. Mən daha sonra onun digər konsertlərdəki geyiminə baxdım. Gördüm ki, o, əslində digər konsertlərində də sadə geyimlərə üstünlük verib”.

Modelyer Azərbaycan müğənnilərini dünya ulduzları ilə müqayisə edib: “Sevindirici haldır ki, biz indi onlarla öz müğənnilərimizi müqayisə edə bilirik. Çünki artıq televiziyadan izlədiyimiz ulduzları yaxından görürük. Müsbət halın biri də odur ki, bizim müğənnilər konsertlərinə çox ciddi hazırlaşırlar. Etiraf etməliyik ki, müğənnilərimiz konsertlərinə yaxşı görünürlər”.

Modelyerin fikirlərinin əksinə olaraq isə stilist Samir bir sıra iradlar səsləndirib. Hər üç müğənninin stilini təhlil edən Samir bildirib ki, o, yalnız Rihannanın çıxışını bəyənib: “Cenifer Lopez 2005-ci ilin dəbi ilə səhnəyə çıxmışdı. O cür geyimlərdən son 3 ildə “Eurovision” yarışmasında kifayət qədər istifadə olundu. Cenifer Lopezi bu paltar həddindən artıq kök göstərirdi. Sadəcə, o, brenddir deyə hamıya xoş gələ bilər. Ancaq o, heç nə ilə tamaşaçını təəccübləndirmədi. Bununla belə, o, adi həyatda çox sadə və gözəl görünürdü. Rihannanın geyimi isə daha gözəl idi. O, 2013-cü ilin yaz-yay kolleksiyasından istifadə edib. Amma yalnız bir geyimlə səhnəyə çıxmamalı idi. Çünki onun ifa etdiyi mahnılarla geyimi heç cür uzlaşmadı. Mahnılarını yaşına, gənclərin tələbatına uyğun oxuyan Rihanna əsl sənət göstərdi”.

Stilist 6 aylıq hamilə olan Şakiranı isə heç bəyənməyib: “Şakira sadə, qara geyimdə səhnəyə çıxmışdı. Minlərlə insanın qarşısına çıxırsa, məsuliyyətli olmalıdır. Nə olsun ki, hamilədir. Bizdə Röya hamilə olarkən konsert verdi, dəfələrlə ondan üstün hərəkətlər edirdi. Onun çıxışı mənə adi bir şou proqrama qatılan gənc müğənnin xatırlatdı. ELə bildim bizim müğənni Arzumdur. Şakira Azərbaycan tamaşaçılarına hörmətsizlik etdi. Çünki insanlar xeyli miqdarda pul xərcləyib, o konsertə baxmağa gəlmişdilər”.

Samir Ceniferin konsertindəki paltarı Aygün Kazımovanın vaxtı ilə konsertindəki geyimi
ilə müqayisə edib: “Əslində Aygün də o paltarı geyinəndə, geyim artıq dəbdən düşmüşdü. Ümumilikdə götürəndə bizim müğənnilər səhnədə pis geyinmirlər. Röya, Aygün Kazımova, Brilliant Dadaşova son konsertlərində geyindiklərini uğurlu hesab etmək olar. Gözoxşayan geyimdə səhnəyə çıxırlar. Sadəcə bizimkilərin qədrini bilən yoxdur. Konserti zamanı uğursuz geyim seçən isə yalnız Xatirə İslamdır. O, yaxşı müğənnidir. Amma o, imicinə yaxşı pul buraxsa, çox gözəl olar. Sadəcə onu və bir çox müğənnilərimizi düzgün istiqamətləndirən yoxdur. Bizim müğənnilərin gülməli tərəfi odur ki, onlar idman zalına hündür daban ayaqqabı ilə gedir və yaxud şəhərə çıxanda kompleksdə olurlar. O gün bir xanım müğənnimiz saç düzümü ilə, makiyajla idman edirdi. Soruşanda deyir ki, qorxuram birdən tanıyarlar. Bu, bir az gülünc görünür. Elə bilirlər ki, bunu etməsələr baxımsız adını alacaqlar. Amma baxımsız qadın aylarla çimməyənlərə şamil oluna bilər. Bizim müğənnilər heç də Cennifer Lopez, Rihanna və Şakiradan geri qalmırlar. Sadəcə onları qiymətləndirmək lazımdır” .

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5139

Oxşar yazılar