Azərbaycanlı müğənni: “Mən sənətə qalmaqalla gəlməmişəm”
17 oktyabr 2012 13:34 (UTC +04:00)

Azərbaycanlı müğənni: “Mən sənətə qalmaqalla gəlməmişəm”

0
Azərbaycanın tanınmış müğənnilərindən olan Nadir Bayramlı şou-biznes əhlini sərt ittiham edib. Lent.az-a açıqlama verən müğənni bildirib: “Bu şou-biznes aləmi xoşa gələnə oxşamır. İndi yaxşı ilə pisin yeri dəyişik düşüb, pis ifaçılar qabaqdadır. Düşünürəm ki, bu da müvəqqətidir. Çünki sənətləri ilə yox, qalmaqalları ilə yadda qalırlar. Bu qalmaqalların mənə heç bir zaman adiyyatı olmayıb. Mən bu sənətə qalmaqalla yox, səsimlə gəlmişəm. İndikilər isə şəxsi həyatları ilə sənətə gəlirlər. Şəxsi həyatlarından reklam kimi istifadə edirlər. Bu da reklamın ən ucuz yoludur. Ailə daxili məsələlər ailədə qalmalıdır”.

Qeyd edək ki, sonda yaradıcılıq işlərindən danışan müğənni deyib: “Yeni mahnılarım çoxdur. Bunlardan “Sən mənimsən, mən sənin” , “Gecələr” və “Şəkil” adlı mahnılarım hazırdır”.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2335

Oxşar yazılar