
Elza Seyidcahana maraqlı təklif
0
0
Əməkdar artist Elza Seyidcahana maraqlı duet təklifi gəlib. Əməkdar artist Cavan Zeynallı Lent.az-ın “Azərbaycandan hansı xanım müğənni ilə duet oxuyardınız?” sualına çox maraqlı cavab verib: “Azərbaycanda bir çox xanım müğənni ilə duet oxumuşam. Lakin xeyli müddətdir ki, duetlərim yoxdur. Əməkdar artist Elza Seyidcahanla oxumaq istərdim. Maraqlı duetimiz alınar. Bu xanımın səsini bəyənirəm. Müğənnilikdən əlavə, həmdə yaxşı bəstəkardır. Anaq mən heç kimə deyə bilmərəm ki, gəl, mənimlə duet oxuyaq. Ancaq Elza xanım da mənimlə duet oxumaq istəyərsə, oxuya bilərik. Düşünürəm ki, fərqli bir duet alınar”.
Yalçın Süleymanov
Yalçın Süleymanov
0
0