Rəqsanə açdı gül ağzını: “Gör mən kimləri....” - QALMAQAL
15 oktyabr 2012 12:16 (UTC +04:00)

Rəqsanə açdı gül ağzını: “Gör mən kimləri....” - QALMAQAL

0
Hazırda Moskvada olan müğənni qarşı tərəfin onun ünvanına söylədiyi fikirlərə münasibət bildirib: “Bu cür insanlarla bir mövzuda adımın hallanmasını özümə ayıb bilirəm. Amma əsassız iddialar ictimaiyyətdə çaşqınlıq yaradır deyə, danışmağı üstün bildim. Vurğulayım ki, dələduzluq faktı ilə öncə mən onları bir ilə yaxındır məhkəmə vermişəm. Mənim şikayətim əsasında Azayevlərə qarşı cinayət işi açılıb. İddiaçı tərəf özləri ilə birgə əlavə 4 nəfər tapıb məhkəməyə cəlb ediblər. Onlar yalançı şahiddirlər. Fakt olmayan yerdə, sübutdan söhbət belə gedə bilməz. Mənim reklama ehtiyacım yoxdur. Çünki sənətim var. Uzun həftələrdir, Bakıda deyiləm. İnsanlar məni məhkəməyə görə axtarmırlar ki... Əksinə, adımın məhkəmədə, əsasən də bu cür insanlarla birgə hallanması məni narahat edir”.

Rəqsanə Azayevləri yalan məlumat yaymaqda günahlandırıb: “Guya anam məhkəməyə ifadə verməkdən boyun qaçırdığı üçün polislər tərəfindən iclasa gətirildiyi iddia edilib. Kənardan görünən bir hadisəni öz xeyirlərinə yozmaq bəlkə də inandırıcı ola bilər. Ailəmin dəfələrlə həmin insanlar tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alaraq anamın təhlükəsizliyini düşünmüşəm. Anam xəstədir və hər xırda problemə görə səhhəti pisləşə bilər. Durumu nəzərə alıb, özüm xahiş etdim ki, polislərin nəzarət altında olsun və bu səbəblə də məhkəməyə polislə birgə gedib. Onlar mənim yüksək məbləğdə borcum olduğundan danışırlar. Mən maddiyyat üzərində dostluq yaradan insan deyiləm. Ətrafımdakılar bunu gözəl bilirlər. Adi hesabları belə mən ödəyirdimsə, onlar guya hansısa pul xərcləmələri barədə necə danışırlar? Yalançı ifadələrdən biri mənim onlara zəng vuraraq bağışlanmağımı istəməyimdir. Bağışlanmasını istəyən adam heç məhkəməyə üz tutar? Bu qədər yalan danışdıqlarını görüb, özümü qınayıram ki, gör mən kimləri tanımışam! Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm? Bu gün ətrafıma sağlam insanlar toplamışam və sənət fəaliyyətim əvvəlkindən də yaxşıdır. Çoxdandır həllini düşündüyüm layihələr hazırlanır. Bəziləri Moskva və Türkiyədə ərsəyə gəlir. Yaxşı dostlarım çoxdur. Hamının yanında da hörmətim var. Çörəyimi tapdalayanlardan üz çevirirəm. Hüququmu tapdalayanları, ailəmə zor tətbiq edənləri isə hüquqi yolla cəzalanmalarını istəyirəm. Buradan bildirirəm ki, məhkəmə bitən ərəfələrdə mənə böhtan atan həmin insanların dilindən ailəmə, özümə toxunmayacaqları barədə kağız tələb edəcəyəm” - deyə sənətçi bildirib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7233

Oxşar yazılar