Hiltonu cəzasız qoyan polislər cəzalandı
13 oktyabr 2012 02:11 (UTC +04:00)

Hiltonu cəzasız qoyan polislər cəzalandı

Reklam çarxına çəkilmək üçün Türkiyəyə gələn Paris Hilton ona bələdçilik edən polislər üçün əməlli-başlı problem yaradıb.

Show.az-ın məlumatına görə, tanınmış futbolçu Arda Turanla eyni səhnədə yer alan məşhur "varlı bekar" ötən gün İstanbulun Ayazağa ərazisindəki stadiona yollanıb.

Polislər onu kifayət qədər ciddi şəkildə qorusalar da Hilton onları peşiman edib. Belə ki, onu aparan mini avtobus İstanbul yollarının bütün qaydalarını pozub. Polislərin bu vəziyyətə göz yumması isə şəhərin təhlükəsizlik müdürü Hüseyn Çapıkını özündən çıxarıb. Hazırda həmin polislərlə bağlı iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235

Oxşar yazılar